ABŞ İranın PUA və raket proqramlarına sanksiya tətbiq etməyi düşünür

2021/07/im-37-1627630176.jpg
Oxunub: 752     16:45     30 İyul 2021    
ABŞ İranın PUA və idarə olunan raket proqramlarını hədəf almaq üçün bir sıra sanksiyalar tətbiq etməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə Amerikanın nüfuzlu “Wall Street Journal” nəşri öz mənbələrinə istinadən yazıb.

Nəşr qeyd edir ki, İranın dəqiq hücum qabiliyyətinin artması və inkişafı məsələsi ABŞ və bölgədəki müttəfiqlərini narahat edir. Bu çərçivədə İranın PUA proqramlarını və idarə olunan raket qabiliyyətini məhdudlaşdırmaq üçün ABŞ sanksiyalarının ön plana çıxması gözlənilir.

Qərb təhlükəsizlik rəsmilərinə görə, İranın PUA və idarə olunan raketlər sahəsində imkanları bölgənin sabitliyi üçün nüvə zənginləşdirmə və ballistik raket proqramlarından daha ciddi təhlükə yaradır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   PUA  


ABŞ İranın PUA və raket proqramlarına sanksiya tətbiq etməyi düşünür

2021/07/im-37-1627630176.jpg
Oxunub: 753     16:45     30 İyul 2021    
ABŞ İranın PUA və idarə olunan raket proqramlarını hədəf almaq üçün bir sıra sanksiyalar tətbiq etməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə Amerikanın nüfuzlu “Wall Street Journal” nəşri öz mənbələrinə istinadən yazıb.

Nəşr qeyd edir ki, İranın dəqiq hücum qabiliyyətinin artması və inkişafı məsələsi ABŞ və bölgədəki müttəfiqlərini narahat edir. Bu çərçivədə İranın PUA proqramlarını və idarə olunan raket qabiliyyətini məhdudlaşdırmaq üçün ABŞ sanksiyalarının ön plana çıxması gözlənilir.

Qərb təhlükəsizlik rəsmilərinə görə, İranın PUA və idarə olunan raketlər sahəsində imkanları bölgənin sabitliyi üçün nüvə zənginləşdirmə və ballistik raket proqramlarından daha ciddi təhlükə yaradır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   PUA  


Bizi "telegram"da izləyin