BMT MAR-a tətbiq edilən silah embarqosunun müddətini bir il uzadıb

2021/07/brttr-1627629770.jpg
Oxunub: 509     13:52     30 İyul 2021    
Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Mərkəzi Afrika Respublikasına tətbiq edilən silah embarqosunu və hədəflənmiş sanksiyalar rejiminin bir il uzadılmasına qərar verib.

Ordu.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Çin embarqonun ləğv edilməli olduğuna inandığı üçün səsvermədə bitərəf qalıb.

15 üzvdən ibarət Təhlükəsizlik Şurası 2013-cü ilin dekabrında qiyamçıların o zamankı prezident Fransua Bozizeni devirməsindən sonra bu ölkəyə sanksiyalar tətbiq edib.

4,7 milyon əhalisi olan qızıl və almazlarla zəngin ölkə həmin vaxtdan etibarən şiddət bataqlığındadır. BMT ölkəyə sülhməramlılar yerləşdirib.

Çinin BMT -nin səfiri Dai Binq səsvermədən sonra verdiyi açıqlamada bildirib ki, Təhlükəsizlik Şurasının sanksiyaları ilə bölgədəki mövcud vəziyyət arasında əlaqə yoxdur.

“Niyyət Mərkəzi Afrika Respublikasında milli sabitliyi və normal sosial nizamı bərpa etməyə kömək etmək idi. Ancaq əslində silah embarqosu getdikcə hökumətin təhlükəsizlik imkanlarını gücləndirmək səylərinə mane olan bir problemə çevrilib”, - deyə o qeyd edib.

Təhlükəsizlik Şurasının qalan 14 üzvü silah embarqosunun uzadılmasının lehinə səs verib. Mərkəzi Afrika Respublikasının hökuməti BMT Təhlükəsizlik Şurasının sanksiyalar komitəsinin razılığı ilə silah idxal edə bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: BMT   MAR  

BMT MAR-a tətbiq edilən silah embarqosunun müddətini bir il uzadıb

2021/07/brttr-1627629770.jpg
Oxunub: 510     13:52     30 İyul 2021    

Bizi "telegram"da izləyin