Britaniya “Tempest” layihəsini inkişaf etdirmək üçün 350 milyon dollarlıq vəsait ayırıb

2018/08/456_1533112099.jpg
Oxunub: 719     15:05     30 İyul 2021    
Britaniya 6-cı nəsil döyüş təyyarəsi istehsal etməyi hədəfləyən “Tempest” layihəsinə kömək etmək üçün layihənin baş icraçısı olan “BAE Systems” şirkəti ilə 349 milyon dollarlıq müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Şirkət layihənin konsepsiyası və qiymətləndirmə mərhələsinin rəsmən başladığını bildirib.

“Bu gün elan edilən maliyyə proqram üçün kritik növbəti addımdır və ortaqlarımızla birlikdə “Tempest”i canlandıracaq konsepsiyanı inkişaf etdirmək üçün çalışacağıq”, - deyə şirkət rəsmisi Kris Boardman məlumat verib.

Britaniya layihə çərçivəsində alınacaq təyyarələrin 2040 -cı ildən etibarən “Eurofighter Typhoon” qırıcılarını əvəz etməsini istəyir. Layihədə “BAE Systems”, “Leonardo”, “Rolls-Royce”, MBDA da daxil olmaqla 300-dən artıq şirkət iştirak edir. İstehsal ediləcək təyyarələr ilk mərhələdə Britaniya, İsveç və İtaliya orduları tərəfindən istifadə ediləcək.

Sevinc Əliyeva
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Tempest  


Britaniya “Tempest” layihəsini inkişaf etdirmək üçün 350 milyon dollarlıq vəsait ayırıb

2018/08/456_1533112099.jpg
Oxunub: 720     15:05     30 İyul 2021    
Britaniya 6-cı nəsil döyüş təyyarəsi istehsal etməyi hədəfləyən “Tempest” layihəsinə kömək etmək üçün layihənin baş icraçısı olan “BAE Systems” şirkəti ilə 349 milyon dollarlıq müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Şirkət layihənin konsepsiyası və qiymətləndirmə mərhələsinin rəsmən başladığını bildirib.

“Bu gün elan edilən maliyyə proqram üçün kritik növbəti addımdır və ortaqlarımızla birlikdə “Tempest”i canlandıracaq konsepsiyanı inkişaf etdirmək üçün çalışacağıq”, - deyə şirkət rəsmisi Kris Boardman məlumat verib.

Britaniya layihə çərçivəsində alınacaq təyyarələrin 2040 -cı ildən etibarən “Eurofighter Typhoon” qırıcılarını əvəz etməsini istəyir. Layihədə “BAE Systems”, “Leonardo”, “Rolls-Royce”, MBDA da daxil olmaqla 300-dən artıq şirkət iştirak edir. İstehsal ediləcək təyyarələr ilk mərhələdə Britaniya, İsveç və İtaliya orduları tərəfindən istifadə ediləcək.

Sevinc Əliyeva
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Tempest  


Bizi "telegram"da izləyin