Rusiya və Çin avqust ayında birgə hərbi təlimlər keçirəcək

2021/07/13267-1627629600.jpg
Oxunub: 664     14:31     30 İyul 2021    
Rusiya və Çin ordusu avqust ayının ilk yarısında birgə hərbi təlimlər keçirməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin mətbuat katibi Vu Qian məlumat verib.

O qeyd edib ki, təlimlər Çinin şimalındakı Ningxia Hui Muxtar Bölgəsində keçirliləcək.

“Qarşılıqlı Fəaliyyət-2021” adlanan təlimlər zamanı Rusiya və Çin birgə komanda mərkəzi yaradacaq. Hər iki tərəfin təyyarə və artilleriyanı da əhatə edəcək birgə manevrlərdə iştirak etmək üçün 10.000 -dən çox əsgər göndərəcəyi gözlənilir.

Çin Müdafiə Nazirliyinin mətbuat katibi vurğulayıb ki, təlimlərin məqsədi Rusiya ilə Çin arasında hərtərəfli strateji tərəfdaşlığı gücləndirmək, inkişaf etdirmək, regional sülhü və sabitliyi qorumaq və terrorizmlə mübarizə əzmini nümayiş etdirməkdir.

Sevinc Əliyeva
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Çin  


Rusiya və Çin avqust ayında birgə hərbi təlimlər keçirəcək

2021/07/13267-1627629600.jpg
Oxunub: 665     14:31     30 İyul 2021    
Rusiya və Çin ordusu avqust ayının ilk yarısında birgə hərbi təlimlər keçirməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin mətbuat katibi Vu Qian məlumat verib.

O qeyd edib ki, təlimlər Çinin şimalındakı Ningxia Hui Muxtar Bölgəsində keçirliləcək.

“Qarşılıqlı Fəaliyyət-2021” adlanan təlimlər zamanı Rusiya və Çin birgə komanda mərkəzi yaradacaq. Hər iki tərəfin təyyarə və artilleriyanı da əhatə edəcək birgə manevrlərdə iştirak etmək üçün 10.000 -dən çox əsgər göndərəcəyi gözlənilir.

Çin Müdafiə Nazirliyinin mətbuat katibi vurğulayıb ki, təlimlərin məqsədi Rusiya ilə Çin arasında hərtərəfli strateji tərəfdaşlığı gücləndirmək, inkişaf etdirmək, regional sülhü və sabitliyi qorumaq və terrorizmlə mübarizə əzmini nümayiş etdirməkdir.

Sevinc Əliyeva
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Çin  


Bizi "telegram"da izləyin