Rusiya ordusuna 10-dan S-500 sisteminin tədarükü üçün müqavilə imzalanıb

2021/07/13266-1627629512.jpg
Oxunub: 632     12:17     30 İyul 2021    
Rusiya Müdafiə Nazirliyi ölkənin silahlı qüvvələrinə 10-dan çox S-500 “Prometey” Zenit-Raket Komplekslərinin (ZRK) tədarük edilməsi üçün “Almaz-Antey” müəssisəsi ilə müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə TASS agentliyi öz mənbələrinə istinadən yazıb.

Mənbə S-500-ün dövlət sınaqlarının hazırda Rusiyanın cənubundakı sınaq poliqonunda davam etdiyini bildirib. Sınaqların 2021-ci ilin sonunda başa çatacağı gözlənilir.

Qeyd edək ki, Rusiya bir neçə gün öncə ilk dəfə S-500 ZRK-larının görüntülərini yayımlayıb. Rusiya Müdafiə Nazirliyi tərəfindən yayımlanan görüntülərdə nəhəng yük maşınının şassisində yaradılan atıcı qurğuların Rusiyanın cənubunda yerləşən sınaq meydançasında yüksək sürətlə raket atdığı görünür.

S-500 ZRK-ları ballistik və qanadlı raketləri, həmçinin təyyarələri və helikopterləri məhv etmək gücündədir. Sistemin mənzili 600 kilometrdir.

Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya-ordusu   S-500  


Rusiya ordusuna 10-dan S-500 sisteminin tədarükü üçün müqavilə imzalanıb

2021/07/13266-1627629512.jpg
Oxunub: 633     12:17     30 İyul 2021    
Rusiya Müdafiə Nazirliyi ölkənin silahlı qüvvələrinə 10-dan çox S-500 “Prometey” Zenit-Raket Komplekslərinin (ZRK) tədarük edilməsi üçün “Almaz-Antey” müəssisəsi ilə müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə TASS agentliyi öz mənbələrinə istinadən yazıb.

Mənbə S-500-ün dövlət sınaqlarının hazırda Rusiyanın cənubundakı sınaq poliqonunda davam etdiyini bildirib. Sınaqların 2021-ci ilin sonunda başa çatacağı gözlənilir.

Qeyd edək ki, Rusiya bir neçə gün öncə ilk dəfə S-500 ZRK-larının görüntülərini yayımlayıb. Rusiya Müdafiə Nazirliyi tərəfindən yayımlanan görüntülərdə nəhəng yük maşınının şassisində yaradılan atıcı qurğuların Rusiyanın cənubunda yerləşən sınaq meydançasında yüksək sürətlə raket atdığı görünür.

S-500 ZRK-ları ballistik və qanadlı raketləri, həmçinin təyyarələri və helikopterləri məhv etmək gücündədir. Sistemin mənzili 600 kilometrdir.

Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya-ordusu   S-500  


Bizi "telegram"da izləyin