Qarabağ müharibəsindən sonra Ermənistan ordusunun ən azı 66 hərbi qulluqçusu ölüb

2021/07/42549-1627629098.jpg
Oxunub: 3195     11:07     30 İyul 2021    
2020-ci il noyabrın 11-dən, Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin atəşkəs haqqında üçtərəfli bəyanatın qüvvəyə minməsindən bu günə qədər Ermənistan ordusunda ən azı 66 hərbi qulluqçunun/könüllünün/ehtiyatda olanın ölümü qeydə alınıb.

Ordu.az xəbər verir ki, bu barədə “Razm.info” nəşri bildirib.

Qeyd olunub ki, onlardan 24-ü döyüş itkiləridir. Onlar Çaylaqqala-Köhnə Tağlarda Azərbaycanın həyata keçirdiyi əməliyyat, Qarabağın azad edilən ərazilərində təxribata cəhd edən erməni hərbi qulluqçuların məhv edilməsi, 2021-ci ilin may-iyul sərhəd toqquşmaları, habelə mina partlayışları kimi hadisələr zamanı ölüb.

Eyni zamanda intiharlar, xəstəliklərdən, avtoqəzalardan, qətllərdən və silahla davranış qaydalarının pozulmasından ölüm halları da daxil olmaqla 42 qeyri-döyüş itkisi qeydə alınıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Ölüm  


Qarabağ müharibəsindən sonra Ermənistan ordusunun ən azı 66 hərbi qulluqçusu ölüb

2021/07/42549-1627629098.jpg
Oxunub: 3196     11:07     30 İyul 2021    
2020-ci il noyabrın 11-dən, Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin atəşkəs haqqında üçtərəfli bəyanatın qüvvəyə minməsindən bu günə qədər Ermənistan ordusunda ən azı 66 hərbi qulluqçunun/könüllünün/ehtiyatda olanın ölümü qeydə alınıb.

Ordu.az xəbər verir ki, bu barədə “Razm.info” nəşri bildirib.

Qeyd olunub ki, onlardan 24-ü döyüş itkiləridir. Onlar Çaylaqqala-Köhnə Tağlarda Azərbaycanın həyata keçirdiyi əməliyyat, Qarabağın azad edilən ərazilərində təxribata cəhd edən erməni hərbi qulluqçuların məhv edilməsi, 2021-ci ilin may-iyul sərhəd toqquşmaları, habelə mina partlayışları kimi hadisələr zamanı ölüb.

Eyni zamanda intiharlar, xəstəliklərdən, avtoqəzalardan, qətllərdən və silahla davranış qaydalarının pozulmasından ölüm halları da daxil olmaqla 42 qeyri-döyüş itkisi qeydə alınıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Ölüm  


Bizi "telegram"da izləyin