“Forbes”: Türkiyə və Azərbaycan yaxın hərbi əlaqələri daha da genişləndirməyi planlaşdırır

2021/07/25905-1627547952.jpg
Oxunub: 1838     15:10     29 İyul 2021    
“Türkiyə və Azərbaycan yaxın hərbi əlaqələri daha da genişləndirməyi planlaşdırır”.

Ordu.az xəbər verir ki, bu barədə “Forbes” nəşri yazır.

Nəşr xatırladır ki, iyunun 15 -də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.

“Onlar Şuşaya səfər ediblər. Azərbaycan Dağlıq Qarabağdakı ötən ilin müharibəsi zamanı Şuşa ələ keçirib. Türkiyənin Müdafiə Sənayesi Komitəsinin (SSB) rəhbəri İsmayıl Dəmir bildirib ki, Türkiyə və Azərbaycan “bir millət, iki dövlət” şüarına əsasən hərəkət etməlidir. Onlar bu şüardan tez-tez ölkələri arasında yaxın mədəni və siyasi əlaqələri vurğulamaq üçün istifadə edirlər”, - deyə nəşr qeyd edir.

“Forbes” nəşri bu yaxınlarda “Jamestown Foundation” qlobal araşdırma və təhlil mərkəzində dərc edilən məqalədən sitat gətirib: “Sistemli birgə təlimlər və intensiv qarşılıqlı təsir vasitəsilə “iki dövlət, bir millət” şüarını demək olar “iki dövlət, bir ordu” şüarına çeviriblər”.

Analitik Emili Hotorn nəşrə açıqlamasında bildirib ki, Azərbaycanın Türkiyə ilə işləyərək həm struktur, həm də texniki mənada hərbi modernləşdirmə nöqteyi-nəzərindən qazanacağı çox şey olduğunu düşünür.

“Azərbaycan böyük ehtimalla silah alışlarını artıracaq və Türkiyənin bəzi araşdırmalarına, inkişaflarına töhfə verəcək”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Forbes   Türkiyə   Azərbaycan  


“Forbes”: Türkiyə və Azərbaycan yaxın hərbi əlaqələri daha da genişləndirməyi planlaşdırır

2021/07/25905-1627547952.jpg
Oxunub: 1839     15:10     29 İyul 2021    
“Türkiyə və Azərbaycan yaxın hərbi əlaqələri daha da genişləndirməyi planlaşdırır”.

Ordu.az xəbər verir ki, bu barədə “Forbes” nəşri yazır.

Nəşr xatırladır ki, iyunun 15 -də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.

“Onlar Şuşaya səfər ediblər. Azərbaycan Dağlıq Qarabağdakı ötən ilin müharibəsi zamanı Şuşa ələ keçirib. Türkiyənin Müdafiə Sənayesi Komitəsinin (SSB) rəhbəri İsmayıl Dəmir bildirib ki, Türkiyə və Azərbaycan “bir millət, iki dövlət” şüarına əsasən hərəkət etməlidir. Onlar bu şüardan tez-tez ölkələri arasında yaxın mədəni və siyasi əlaqələri vurğulamaq üçün istifadə edirlər”, - deyə nəşr qeyd edir.

“Forbes” nəşri bu yaxınlarda “Jamestown Foundation” qlobal araşdırma və təhlil mərkəzində dərc edilən məqalədən sitat gətirib: “Sistemli birgə təlimlər və intensiv qarşılıqlı təsir vasitəsilə “iki dövlət, bir millət” şüarını demək olar “iki dövlət, bir ordu” şüarına çeviriblər”.

Analitik Emili Hotorn nəşrə açıqlamasında bildirib ki, Azərbaycanın Türkiyə ilə işləyərək həm struktur, həm də texniki mənada hərbi modernləşdirmə nöqteyi-nəzərindən qazanacağı çox şey olduğunu düşünür.

“Azərbaycan böyük ehtimalla silah alışlarını artıracaq və Türkiyənin bəzi araşdırmalarına, inkişaflarına töhfə verəcək”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Forbes   Türkiyə   Azərbaycan  


Bizi "telegram"da izləyin