Türkiyə Bukino Fasoya MEMATT minatəmizləmə texnikaları ixrac edib

2021/07/Ekran-1627543326.jpg
Oxunub: 605     11:39     29 İyul 2021    
Türkiyə ölkə daxilində istehsal edilən MEMATT minatəmizləmə texnikalarını Azərbaycandan sonra Burkino Fasoya ixrac edib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Türkiyənin Milli Müdafiə Nazirliyinə daxil olan ASFAT müəssisəsi tərəfindən hazırlanan texnika hazırda işğaldan azad edilən Qarabağda minatəmizləmə fəaliyyətlərinə cəlb edilib.

Azərbaycan dövlət və özəl sektorun əməkdaşlığı ilə 14 ay ərzində dizayn, prototip, kütləvi istehsal və sertifikatlaşdırma işlərini tamamlayan MEMATT-ın ilk müştərisi olub.

Mexaniki Minatəmizləmə Texnikaları (MEMATT - Mekanik Mayın Temizleme Teçhizatı) Türkiyənin ASFAT şirkətinin rəhbərliyi altında ölkənin özəl və dövlət sektorunun iştirakı ilə 14 ayda “2. Ana bakım” zavodunda istehsal edilib. Uzaqdan idarə olunan yüngül sinfə məxsus texnikalar ballikstik zirehlə möhkəmləndirilib. Bu xüsusiyyət onun istənilən coğrafi şəraitdə işləməsinə imkan verir.

500 metr məsafədən idarə oluna bilən MEMATT-ın çəkisi 12.5 tondur. Uzunluğu 6,6 metrdir. Arxa eni 1,6 və ön eni 2,3 metr olan texnikanın gövdəsi “Armoks” 500T lövhələri ilə hazırlanıb. Kadr çatışmazlığı problem ilə üzləşən ölkələr tərəfindən rahat istifadə edilə bilən və işçi itkisi riskinə səbəb olmayan MEMATT-ların analoqları hələ də məhdud sayda ölkələr tərəfindən istehsal olunur.

MEMATT-ın Taktiki-Texniki Xüsusiyyətləri

Uzunluğu: 6.6 metr
Eni: 2.3 metr arxa, 1.6 mter ön
Hündürlüyü: 2 metrdən artıq
Ümumi çəkisi: 12.5 ton
Mühərrik: DEUTZ-TCD2013L62V dizel mühərriki
Mühərrikin gücü: 200 kW
Yanacaq Tutumu: 290 L
Yanacaq sərfi: 30-35 l /s
Zireh materialı: Polad
Qoruma: “Armox” 500T lövhələri və minaya davamlı V döşəmə
Balistik müqavimət: 8 kq TNT

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Bukino-Faso   MEMATT  

Türkiyə Bukino Fasoya MEMATT minatəmizləmə texnikaları ixrac edib

2021/07/Ekran-1627543326.jpg
Oxunub: 606     11:39     29 İyul 2021    

Bizi "telegram"da izləyin