3 düşmən hərbi qulluqçusu məhv edildi, 5-i yaralandı, 1 döyüş mövqeyi darmadağın edildi

2021/07/5677-1627480119.jpg
Oxunub: 7728     17:40     28 İyul 2021    
Ermənistan İstintaq Komitəsi Kəlbəcər istiqamətində baş verən atışmalarla bağlı məlumat yayıb.

Ordu.az xəbər verir ki, Komitə Ermənistan ordusunun 5 hərbi qulluqçunun yaralandığını bildirib.

Komitənin açıqlamasında qeyd olunur ki, Azərbaycan ordusu döyüş mövqelərindən birini tutub.

Xəbər verdiyimiz kimi, İyulun 28-i saat 00:50 radələrindən başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub. Qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçumuz - Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu yaralanıb.

Ermənistan Müdafiə Nazirliyi atışmalarda Ermənistan ordusunun 3 hərbi qulluqçusunun məhv edildiyini, yaralananların sayının isə 4 olduğunu bildirirdi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Kəlbəcər  


3 düşmən hərbi qulluqçusu məhv edildi, 5-i yaralandı, 1 döyüş mövqeyi darmadağın edildi

2021/07/5677-1627480119.jpg
Oxunub: 7729     17:40     28 İyul 2021    
Ermənistan İstintaq Komitəsi Kəlbəcər istiqamətində baş verən atışmalarla bağlı məlumat yayıb.

Ordu.az xəbər verir ki, Komitə Ermənistan ordusunun 5 hərbi qulluqçunun yaralandığını bildirib.

Komitənin açıqlamasında qeyd olunur ki, Azərbaycan ordusu döyüş mövqelərindən birini tutub.

Xəbər verdiyimiz kimi, İyulun 28-i saat 00:50 radələrindən başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub. Qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçumuz - Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu yaralanıb.

Ermənistan Müdafiə Nazirliyi atışmalarda Ermənistan ordusunun 3 hərbi qulluqçusunun məhv edildiyini, yaralananların sayının isə 4 olduğunu bildirirdi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Kəlbəcər  


Bizi "telegram"da izləyin