Hərbi marşların tarixdən gələn səsləri

2021/05/34-1622199112.jpg
Oxunub: 4586     14:32     29 İyul 2021    
Döyüş zamanı musiqi ilə silah qoşa qanad kimi birləşəndə düşmən daha asan məhv edilir, uğur daha tez qazanılır. Qəlbləri riqqətə gətirən marş sədaları yağı üzərinə gedən əsgərləri uğura çatdırır, zəfərlərə qovuşdurur. Musiqi sədalarından güc alan döyüşçülər doğma yurdunu azad edərək həmişə xalqına qələbə sevinci yaşadır.

Vurğunu olduğumuz marş və hərbi mahnılar zaman-zaman bizi mübarizəyə səsləyib, zirvələri fəth etməyə ruhlandırıb, düşmən üzərində qələbə qazanmağa həvəsləndirib. Hərbi marş və mahnılar qəlbimizə, ürəyimizə açılan sirli-sehirli qapıya bənzəyir. Musiqinin insana güc verməsi, damarlarında axan qanını coşdurub düşmən üzərinə aparması, qələbəyə ruhlandırması dünənin, srağagünün söhbəti deyil. Şərəf dolu keçmişimizə boylananda görürük ki, ötən əsrlərdə müharibənin yazılmış və yazılmamış qanunlarına bələd olan böyük sərkərdələr əsgərlərini düşmən üzərinə, döyüşlərə hərbi marş və vətənpərvərlik mahnılarının sədaları altında aparıblar. Əgər bu hərbi marş və mahnılar daim döyüşçülərin qanlarını coşdurub qəlblərini riqqətə gətirməsəydi, heç babalarımız da onları yaratmazdılar. Sərkərdlər qanlı savaşlardan əvvəl döyüşçülərinə güc verən musiqiləri səsləndirərdilər.

Tarixin həqiqət adlandırdığımız aynası göstərir ki, ərənlərimiz əsrlərcə əvvəl hərbi marş və mahnıların gücünü, onun əsgərə ruh verib qələbəyə təşnələndirən ritmini çox gözəl duyublar, onun qüdrətini, məğlubedilməzliyini dərindən hiss ediblər. Musiqi ritmlərində gizlənən gücün sirrini, incəliklərini aşkarlayıb, onun möcüzəli qapısına möcüzəli də bir açar tapıblar.

Tarixin səhifələrini vərəqləyəndə öyrənirik ki, hələ eramızdan əvvəllər də savaşlarda əsgərləri qələbəyə, zəfərə həvəsləndirib onların döyüş ruhunu yüksəltmək məqsədilə hərbi marş və mahnılar çalınardı. Deməli, əsgərin döyüş əzmini artıran hərbi marş və mahnıların tarixi qədimdən qədimdi. Bu marş və mahnılar savaşdan öncə ona görə çalınardı ki, ruh yüksəkliyi yaransın, əsgərlər cuşa gəlib, qələbə qazanmaq ovqatına köklənsinlər.

Əsrlərin o üzündən başlanan tarixi ənənə ordumuzda uğurla davam etməkdədir. Bu gün hərbi hissə və birləşmələrdə keçirilən təlim-məşqləri yaxından izlədikcə, əsgərlərin oxuduqları marş və mahnıları dinlədikcə qəlbimiz riqqətə gəlir. Dəfələrlə şahidi olmuşam ki, mahnı və marşları dinləyən zabitlərin, əsgərlərin baxışından cəsarət və rəşadət yağır. Bu anlarda onlar özlərini həm fiziki, həm də mənəvi cəhətdən güclü və yenilməz hiss edirlər. Musiqinin, hərbi marşların gücü, insan qəlbindəki qüdrət və təntənəsi bax budur! Musiqi döyüşçülərə güc verərək onları uğurlara səsləyir, düşmən üzərinə cəsarətlə şığımağa həvəsləndirir. Bu gücü düzgün istiqamətə yönəldəndə isə üzümüzə yalnız zəfər gülümsəyir, qələbə sevincinin gözəl anlarını yaşayırıq.

Əvvəlki çağlar hərbi hissə və birləşmələrdə bütün tədbir və mərasimlərdə Qarabağın azadlığı uğrunda olacaq döyüşlərdən əvvəl bizi qələbəyə ruhlandıran marş və mahnılar çalınırdı. İnanırdıq ki, silahla birləşib qoşalaşan hərbi marşlar və mahnılar sonda mütləq bizi tarixlərə səs salacaq qələbələrə, zəfərlərə qovuşduracaq.

Doğrudan da, illər uzunu qəlbləri riqqətə gətirən hərbi marş və mahnıları dinləyən hərbçilərimiz 44 gün davam edən Vətən müharibəsində böyük qəhrəmanlıqlar göstərdilər. Döyüşlər zamanı erməni qəsbkarlarına sarsıdıcı zərbələr vuraraq uzun illər işğalda qalmış torpaqlarımızı azad etdilər. Azərbaycan xalqına böyük qələbə sevinci yaşatdılar.

Vahid Məhərrəmov, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-Ordusu  

Hərbi marşların tarixdən gələn səsləri

2021/05/34-1622199112.jpg
Oxunub: 4587     14:32     29 İyul 2021    

Bizi "telegram"da izləyin