“Həqiqi vətənpərvər olmaq məslək və əqidə sahibi olmaq deməkdir”

2021/07/Captu-1627475059.jpg
Oxunub: 841     17:45     30 İyul 2021    
Qürur, sevinc, inam... Bu hisslər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Vətən müharibəsində qazandığı Zəfərin formalaşdırdığı hisslərdir. Tarixi Qələbə və düşmənin məcburi şəkildə imzaladığı kapitulyasiya aktı uşaqdan böyüyədək hamıda böyük ruh yüksəkliyi yaratdı, gələcək nəsillər üçün münaqişəsiz bir mühit bəxş etməyə imkan verdi.

Mənəvi şüurun formalaşmasında milli dəyərlər böyük rola malikdir. Təsadüfi deyildir ki, milli dəyərlər ali hisslər, insanın fəaliyyətini stimullaşdıran amillər kimi qiymətləndirilir. Milli-mənəvi dəyərlər vətənpərvərlik müstəvisində çulğalaşaraq, insanın yaşam amalına çevriləndə əsil vətəndaş formalaşır. Xalq şairi Səməd Vurğun "əsil mənada vətəndaş olmaq, həqiqi vətənpərvər olmaq - məslək və əqidə sahibi olmaq deməkdir", - deyirdi.

Hər bir kəsin tarixi qiyməti onun Vətənə, millətə xidməti ilə, əsil insanlıq ləyaqəti isə vətənpərvərlik hissi ilə ölçülür. Daim Vətəninə, dövlətinə, xalqına xidməti ilə seçilən, İkinci Qarabağ müharibəsinin iştirakçısı, ölkə başçısının müvafiq sərəncamı ilə "Qarabağ" ordeninə layiq görülən hərbi qulluqçu polkovnik-leytenant Şamxal Səlimovla "N" hərbi hissəsində tanış olduq.

"Fəxr edirəm ki, Azərbaycan xalqının oğluyam və onun ordusunda xidmət edərək öz vətəndaşlıq borcumu yerinə yetirirəm", - deyə zabit Şamxal Səlimov söhbətə başladı. - Bu gün ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində müasir silahlarla təmin olunan güclü ordumuz var. Bu ordunun sayəsində tarixi Zəfər qazandıq, ata-babalarımızdan əmanət olaraq aldığımız, üzərində xoşbəxt və firavan yaşadığımız, yer üzünün cənnəti olan gözəl yurdumuzu, onun mədəniyyət xəzinələrini, dilimizi, mənəviyyatımızı qoruduq və gələcək nəsillərə azad təqdim etmək üçün onu müdafiə etdik. Torpaqlar azad olunduqca, bir anlıq keçmişə qayıdır, gözlərimin önündə müstəqil Vətənin şən və firavan günləri canlanırdı. İçimdən qəribə hisslər keçirdi. Düşünürdüm ki, bu yolda ölməyə dəyər. Döyüşlər zamanı Azərbaycan Ordusunun bütün şəxsi heyəti Vətəni naminə canını qurban verməyə hazır idi. Hər kəs eyni düşünürdü: Vətən oğulların çiyinlərində Vətən olur, yolunda ölməyə oğulları olmayan Vətən kimə gərəkdir? Bu gün Azərbaycan hərbçisinin nəyə qadir olduğunu, torpağı naminə necə şərəflə döyüşdüyünü bütün dünya gördü. Dünya şahidi oldu ki, əsgərlərimiz, gizirlərimiz, zabitlərimiz və generallarımız Vətən uğrunda, birliyimiz və bərabərliyimiz uğrunda, Azərbaycan dövlətinin əbədi yaşaması uğrunda, gələcək nəsillər uğrunda gözlərini belə qırpmadan şəhidlik mərtəbəsinə yüksəlməyə hazırdırlar.

Zabit Şamxal Səlimov onu da qeyd etdi ki, Vətən müharibəsində qazanılan böyük Zəfər məhz Azərbaycan naminə, Azərbaycanın bütövlüyü uğrunda aparılan müharibənin parlaq hərbi-siyasi yekunu, möhtəşəm nəticəsidir. "Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan Respublikasının müdafiə qüdrətinin artırılması istiqamətində ardıcıl olaraq həyata keçirdiyi davamlı və məqsədyönlü siyasət böyük Qələbəyə aparan yolun ən mühüm hadisələrindəndir. Ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar: şəxsi heyət arasında azərbaycançılıq, hərbi vətənpərvərlik tərbiyəsinin qüvvətləndirilməsi, ordumuzun ən müasir hərbi texnika ilə silahlandırılması, yüksək ixtisaslı, peşəkar zabit korpusunun formalaşdırılması Azərbaycana regionda ən güclü orduya sahib olmağa və tarixi qələbəni əldə etməyə imkan verdi".

Zabit Şamxal Səlimov Vətən müharibəsində əldə edilən Qələbədə Azərbaycan Ordusunun artilleriya bölmələrinin də pay sahibi olduğunu qeyd etdi. "Vətən müharibəsində artilleriya qoşunları tərəfindən düşmənin yüzlərlə artilleriya qüvvəsi, döyüş texnikası, sursatı və canlı qüvvəsi məhv edildi. Torpaqlarımızın işğaldan azad olunmasına və qələbəyə aparan, təhlükəli, keçilməsi xüsusi peşəkarlıq tələb edən dağ-meşə yolundan müvəffəqiyyətlə keçən özüyeriyən və reaktiv qurğular bölmələrimizin atəş dəstəyini təmin etdi. Ən müasir tələblərə cavab verən raket sistemlərinin dəqiq atışları ilə düşmənin əməliyyat planları pozuldu və onlar məğlub oldular".

Zabit sonda "Qarabağ" ordeni ilə təltif olunduğuna görə dövlət başçısına təşəkkürünü də bildirdi: "Şərəfli tarixi olan Azərbaycan Ordusunun zabiti olduğuma görə qürur duyuram. Möhtərəm Ali Baş Komandanımıza göstərilən diqqət və qayğıya görə minnətdarlığımı bildirirəm. Bundan sonra da hər birimiz Vətənimizin şərəfi və namusu yolunda xidmət etməyə hazır olan müsəlləh əsgərik".

Mayor Məhəmməd Əliyev, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-Ordusu  

“Həqiqi vətənpərvər olmaq məslək və əqidə sahibi olmaq deməkdir”

2021/07/Captu-1627475059.jpg
Oxunub: 842     17:45     30 İyul 2021    

Bizi "telegram"da izləyin