ABŞ qondarma “erməni soyqırımı”na görə Ermənistan rəhbərlərinə təzyiq edib?

2021/07/petde-1627469604.jpg
Oxunub: 1275     10:52     29 İyul 2021    
ABŞ Dövlət Departamenti 2021-ci il martın 24-də “İnformasiya azadlığı haqqında” qanunun (FOIA) tələbi ilə “gizli” hökumət teleqramını açıqladı.

Ordu.az xəbər verir ki, bunu “The California Courier” qəzetinin naşiri və redaktoru Harut Sasunyan yazıb.

O qeyd edib ki, teleqramda Klinton administrasiyası tərəfindən Nümayəndələr Palatasında qondarma “erməni soyqırımı”nın tanınması qətnaməsinin səsverməsini bloklamaq üçün 2000-ci ilin oktyabrının sonuna qədər göstərilmiş olduqca böyük səylər təsvir olunub.

“Qətnaməni devirmək səyləri çərçivəsində Dövlət Departamentinin yüksək dərəcəli rəsmiləri nəinki Nümayəndələr Palatasının rəhbərliyinə, hətta Ermənistanın ali rəhbərliyinə də əxlaqsız bir şəkildə təzyiqlər göstərdilər.

Sanki soyqırım (qondarma - red.) faktını inkar etmək və onun tanınmasına mane olmaq kifayət qədər əxlaqsız deyildi, ABŞ hökuməti daha uzağa gedərək elə etməyə çalışdı ki, erməni xalqının rəhbərləri öz soyqırımlarının inkar edilməsini dəstəkləsinlər”, - deyə Sasunyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin