Parisin Ermənistanın ictimai-siyasi mühitinə anti-Rusiya xarakterli müraciəti? - BAXIŞ BUCAĞI

2018/10/54645-1539861926.jpg
Oxunub: 2598     15:57     28 İyul 2021    
Fransanın Ermənistandakı səfiri Conatan Lakotun müsahibəsi Ermənistan internetinin, ictimai və siyasi dairələrinin diqqət mərkəzində olmaqda davam edir. Və ya reaksiyaların böyük əksəriyyətinə baxdıqda, bu diqqət, şişirdilmiş gözləntilər və müşahidələr sahəsində böyük ölçüdə irrasional olmağa davam edir və ilk növbədə Ermənistan-Fransa münasibətlərinin perspektivləri üçün yaxşı heç nə vəd etmir.

Bəlkə də Fransa səfirinin müsahibsinin əsas motivlərindən biri dayandırmağı hədəflədiyi bir şey hələ sanki o qədər də alınmamışdı. Hər halda səfirin müsahibə zamanı müxtəlif məsələlərlə bağlı qoyduğu vurğularından çıxış etsək, o, Ermənistan cəmiyyətinə vacib siqnallar çatdırmaq niyyətində idi ki, regional siyasətin real məntiqinə və regionda, habelə geosiyasi kontekstdə qüvvələr nisbətinə uyğun olmayan gözləntiləri Fransanın üzərinə qoymaq lazım deyil. Çünki bunun nəticəsi Fransanın rolunun və effektivliyinin artması yox, əksinə Fransanın regional rolunun artmasına maneələrin yaranması ola bilər.

Üstəlik də, Türkiyə, Azərbaycan, onların orbitində olan dövlətlər, habelə Rusiya indiyə qədər hazırlanan və yürüdülən siyasət kontekstində bu problemi, yəni Fransanın rolu üçün maksimum maneələrin formalaşmasını məqsəd olaraq qarşısına qoyur və Qafqazı Avroatlantik oyundan kənar saxlamaq məqsədilə Türkiyənin strateji seçimini onun özəyinə yerləşdirir.

Xüsusən də bu dairələr üçün kifayət qədər nəzərəçarpandır ki, ABŞ və Fransa Moskva ilə müzakirlər prosesinə başlayıb. Bəlkə də həmin dairələr bu proses vasitəsilə, müxtəlif alətlərin tətbiqi ilə Rusiyanı Minsk qrupunun həmsədrliyi formatına de-fakto olaraq qayıtmaq qərarına gətirməyə çalışırlar, çünki de-yure olaraq Rusiya bu formatdadır və de-fakto olaraq isə rus-türk formatındadır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paris   Ermənistan   Rusiya  

Parisin Ermənistanın ictimai-siyasi mühitinə anti-Rusiya xarakterli müraciəti? - BAXIŞ BUCAĞI

2018/10/54645-1539861926.jpg
Oxunub: 2599     15:57     28 İyul 2021    

Bizi "telegram"da izləyin