Postmüharibə dövründə 1038 qaziyə 7874 reabilitasiya vasitəsi verilib

2021/07/16274-1627468508.jpg
Oxunub: 405     14:34     28 İyul 2021    
Yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir. İlk növbədə onu qeyd etmək lazımdır ki, elektron diz oynaqları və aktiv vakuum sistemi üzrə hazırlanan protezlər hərəkətin tam və daha dəqiq tənzimlənməsinə, sabit, təhlükəsiz və inamlı hərəkət etməyə imkan verir, onun vasitəsilə daha sərbəst və rahat hərəkət mümkündür.

Ordu.az xəbər verir ki, bunu Protez Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin istehsalın keyfiyyətinə nəzarət üzrə mütəxəssis Kənan Pirizadə deyib.

Onun verdiyi məlumata görə, ümumilikdə Vətən müharibəsi zamanı xəsarət alaraq aşağı ətrafları amputasiya olunmuş qazilərdən xeyli hissəsi Almaniyanın “Ottobook” şirkətinin istehsalı olan yüksək texnologiyalı protezlərlə təmin edilib, 12 qazinin isə həmin protezlərlə təmin edilməsi sahəsində işlər davam edir: “Eyni zamanda, yuxarı ətrafları amputasiya olunmuş qazilərin də son nəsil protezlərlə təminatı üçün işlər aparılır. Yuxarı ətrafları amputasiya olunmuş 32 qazi isə yaxın vaxtlarda İslandiyanın “ÖSSUR” şirkətinin ən son texnologiyalı protezlərlə təmin ediləcək. Postmüharibə dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial dəstək tədbirləri çərçivəsində 1038 müharibə əlilinə 7874 reabilitasiya vasitəsi verilib. Bu ilin mart ayından əlilliyi olan şəxslərin mühərrikli təkərli oturacaqla təminatına başlanılıb və əlilliyi olan şəxslərlə yanaşı, Vətən müharibəsində yaralanmış qazilərin də onunla təminatı aparılır”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Reabilitasiya-Mərkəzi   Qazi  

Postmüharibə dövründə 1038 qaziyə 7874 reabilitasiya vasitəsi verilib

2021/07/16274-1627468508.jpg
Oxunub: 406     14:34     28 İyul 2021    

Bizi "telegram"da izləyin