Ermənistan məhv edilən hərbi qulluqçularının adlarını açıqlayıb

2019/03/Talis-1552029257.jpg
Oxunub: 3163     12:20     28 İyul 2021    
Xəbər verdiyimiz kimi, İyulun 28-i saat 00:50 radələrindən başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub.

Qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçumuz - Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu yaralanıb.

Atışmalarda Ermənistan ordusunun 3 hərbi qulluqçusu məhv edilib.

Ordu.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi atışmada məhv edilən erməni hərbi qulluqçuların adlarını açıqlayıb.

Qeyd olunur ki, Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində baş leytenant Hayk Hovhannes Gevorqyan, sıravi Koryun Arayik Harutyunyan və sıravi Davit Qarnik Köçəryan məhv edilib.

Atışma zananı Ermənistan Silahlı Qüvvələrinin üç hərbi qulluqçusu odlu silah yarası alıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Adlar  


Ermənistan məhv edilən hərbi qulluqçularının adlarını açıqlayıb

2019/03/Talis-1552029257.jpg
Oxunub: 3164     12:20     28 İyul 2021    
Xəbər verdiyimiz kimi, İyulun 28-i saat 00:50 radələrindən başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub.

Qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçumuz - Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu yaralanıb.

Atışmalarda Ermənistan ordusunun 3 hərbi qulluqçusu məhv edilib.

Ordu.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi atışmada məhv edilən erməni hərbi qulluqçuların adlarını açıqlayıb.

Qeyd olunur ki, Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində baş leytenant Hayk Hovhannes Gevorqyan, sıravi Koryun Arayik Harutyunyan və sıravi Davit Qarnik Köçəryan məhv edilib.

Atışma zananı Ermənistan Silahlı Qüvvələrinin üç hərbi qulluqçusu odlu silah yarası alıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Adlar  


Bizi "telegram"da izləyin