ABŞ Ordusu M2 “Bradley” zirehli maşınlarını əvəz etmək üçün 5 namizəd seçib

2021/07/16273-1627371444.jpg
Oxunub: 673     16:09     27 İyul 2021    
ABŞ Ordusu gələcəkdə M2 “Bradley” zirehli döyüş maşınlarını əvəz edəcək yeni vasitələrin inkişaf etdirilməsi üçün beş namizəd seçib.

Ordu.az xəbər verir ki, bütün müraciət edən şirkətlərlə “rəqəmsal konsepsiyalar”ın inkişafı üçün ilkin müqavilələr imzalanıb.

ABŞ Ordusu tərəfindən seçilən şirkətlər proqram çərçivəsində perspektivli piyadaların döyüş maşınları üçün ilkin təkliflər irəli sürüb. Bu mərhələdə müraciət edən şirkətlərdən prototiplər yaratması tələb olunmur. Şirkətlər 2022-ci maliyyə ilinin birinci rübünə qədər gələcək avtomobilin yalnız rəqəmsal modelini təqdim etməlidirlər.

Beş şirkətin modellərini qiymətləndirdikdən sonra 2025-ci ilə qədər prototiplər hazırlamaq üçün 3 şirkət qalacaq. Qalib 2027-ci ilin yanvarında müəyyənləşəcək.

Müsabiqədə iştirak edən şirkətlər və təqdim etdikləri modellər aşağıdakılardır:

1. “General Dynamics Land Systems” şirkətinin “Griffin III” platforması

2. “BAE Systems” şirkətinin İsrailin “Elbit Systems” şirkəti ilə birlikdə hazırladığı, 30 mm-lik topla təchiz edilən platforma

3. Almaniyanın “Rheinmetall” şirkətinin KF41 “Lynx” piyada döyüş vasitəsinə əsaslanan platforma

4. “Oshkosh Defence” şirkətinin Cənubi Koreyanın “Hanwha” şirkəti ilə birlikdə hazırladığı AS21 “Redback” maşınlarına əsaslanan platforma

5. ABŞ-ın “Point Blank Enterprises” şirkətinin təqdim etdiyi platforma

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ-Ordusu   M2-Bradley  

ABŞ Ordusu M2 “Bradley” zirehli maşınlarını əvəz etmək üçün 5 namizəd seçib

2021/07/16273-1627371444.jpg
Oxunub: 674     16:09     27 İyul 2021    

Bizi "telegram"da izləyin