Pakistan “Taliban” tərəfindən ələ keçirilən Əfqanıstanla sərhəd keçid məntəqəsini yenidən açıb

2021/07/HHLKZ-1627371269.jpg
Oxunub: 813     15:10     27 İyul 2021    
Pakistan Əfqanıstanla sərhəddə yerləşən və “Taliban” qiyamçıları tərəfindən ələ keçirilən sərhəd keçid məntəqəsini yenidən açıb.

Ordu.az xəbər verir ki, bu barədə Pakistan rəsmiləri məlumat yayıb.

Pakistan 100-dən çox yük maşınının Əfqanıstana keçməsinə icazə verib.

Bu ayın əvvəlində “Taliban” qiyamçıları ilə Əfqanıstan təhlükəsizlik qüvvələri arasında keçidin idarə olunması uğrunda qızğın döyüşlər gedib. Dənizə çıxışı olmayan Əfqanıstanın əsas limanı olan Çəman-Spin Boldak keçidi Pakistan tərəfindən bağlanmışdı.

Adının açıqlanmasını istəməyən Pakistan rəsmiləri “Reuters” agentliyinə bildirib ki, ölkə rəsmiləri Əfqanıstanın sərhəd bölgələrində nəzarətin necə olduğunu, hansı tənzimləmələrin tətbiq edildiyini öyrənə bilməyib.

Əfqanıstandakı Amerika qüvvələrinə nəzarət edən ABŞ Mərkəzi Komandanlığının komandiri dəniz generalı Kennet Makkenzi bazar günü Kabildə jurnalistlərə Spin Boldakın “mübahisəli ərazi” olduğunu və Əfqanıstan hökumətinin bu əraziyə nəzarəti bərpa etməyə çalışdığını bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Taliban  


Pakistan “Taliban” tərəfindən ələ keçirilən Əfqanıstanla sərhəd keçid məntəqəsini yenidən açıb

2021/07/HHLKZ-1627371269.jpg
Oxunub: 814     15:10     27 İyul 2021    
Pakistan Əfqanıstanla sərhəddə yerləşən və “Taliban” qiyamçıları tərəfindən ələ keçirilən sərhəd keçid məntəqəsini yenidən açıb.

Ordu.az xəbər verir ki, bu barədə Pakistan rəsmiləri məlumat yayıb.

Pakistan 100-dən çox yük maşınının Əfqanıstana keçməsinə icazə verib.

Bu ayın əvvəlində “Taliban” qiyamçıları ilə Əfqanıstan təhlükəsizlik qüvvələri arasında keçidin idarə olunması uğrunda qızğın döyüşlər gedib. Dənizə çıxışı olmayan Əfqanıstanın əsas limanı olan Çəman-Spin Boldak keçidi Pakistan tərəfindən bağlanmışdı.

Adının açıqlanmasını istəməyən Pakistan rəsmiləri “Reuters” agentliyinə bildirib ki, ölkə rəsmiləri Əfqanıstanın sərhəd bölgələrində nəzarətin necə olduğunu, hansı tənzimləmələrin tətbiq edildiyini öyrənə bilməyib.

Əfqanıstandakı Amerika qüvvələrinə nəzarət edən ABŞ Mərkəzi Komandanlığının komandiri dəniz generalı Kennet Makkenzi bazar günü Kabildə jurnalistlərə Spin Boldakın “mübahisəli ərazi” olduğunu və Əfqanıstan hökumətinin bu əraziyə nəzarəti bərpa etməyə çalışdığını bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Taliban  


Bizi "telegram"da izləyin