Rusiyaya qarşı təhlükəli oyun: Paşinyan Ermənistanı hara aparır?

2020/11/16064-1606450589.jpg
Oxunub: 4868     11:43     27 İyul 2021    
Nikol Paşinyan təhlükəli anti-Rusiya oyununu davam etdirir, yeni çalarlar alır, vacib vəzifələr Rusiya əleyhinə olanlara verilir. Məlumata görə, Ermənistan parlamentinin sədri Ararat Mirzoyanı Milli Təhlükəsizlik Şurasına katib təyin etmək ehtimalı xüsusilə pis qəbul edilib. Aylar öncə Vatikandakı keçmiş səfir, keçmiş prezident Serj Sarkisyanın kürəkəni Mikayel Minasyan “Facebook” videosunda parlamentin spikerinin 2005-ci ildən etibarən bir türk agenti olduğunu və illərdir Ermənistanın sirlərini Türkiyəyə satdığını bildirmişdi.

Onun sözlərinə görə, Ermənistan Milli Təhlükəsizlik Xidməti Mirzoyan-Türkiyə əlaqəsini aşkara çıxaranda onu “ikili agent” olmağa məcbur edib. Minasyan da deyiləni “sübut edən” sənədlər yayımlamışdı. Buna cavab olaraq Mirzoyan yüngül bir şəkildə təhdid etdi ki, Minasyan yalana, xəyanətə görə cavab verəcək. Lakin aylar keçib, Minasyana qarşı hər hansı hüquqi proses başlamayıb. Beləliklə, “agent” adlandırılan şəxs elə bir vəzifəyə təyin edilir ki, o, bu vəzifədə rus xidmət orqanları ilə birbaşa və yaxın əlaqədə olmalıdır.

Hələ Armen Qriqoryanın Təhlükəsizlik Şurasının katibi təyin edilməsinin ilk dövründə mətbuatda məlumatlar yayıldı ki, Rusiya sorosçu Qriqoryana gizli informasiyalar və sənədlər verməkdən imtina edir, üstəlik də bu, sözgüdən dövlət üçün xoşagəlməz nəticələrə səbəb ola biləcək “agent”ə qarşı kateqorikdir. Lakin Paşinyan ümumiyyətlə ölkənin maraqları ilə maraqlanmır, dar şəxsi və siyasi hesablamalarını rəhbər tutur. Əslində Təhlükəsizlik Şurası həm Serj Sarkisyan, həm də Paşinyan üçün siyasi sövdələşmə düyününə, ya da komandadan çıxarılanların sığınacağına çevrilib.

Məsələ burasındadır ki, Mirzoyan və Paşinyan arasındakı münasibətlər müharibədən əvvəl onsuz da qeyri-bərabər idi, Mirzoyanın hakimiyyəti ələ keçirmək ambisiyaları var idi və hökumət daxilində öz komandasını formalaşdırırdı. Mətbuatın yazdığına görə, bunun səbəbi Ararat Mirzoyanın planı idi, o, müharibədən dərhal sonra Nikol Paşinyan tərəfindən hədəf alındı və 9 noyabr gecəsi ağır bir şəkildə döyüldü.

Armen Qriqoryanın Ermənistan Xarici İşlər nazirinin birinci müavini təyin olunması da eyni maraqlarla reallaşdı və o, yaxın günlərdə nazir təyin ediləcək. Nikol Paşinyan bu təyinata sorosçu sahibləri tərəfindən getməyə məcbur edilib. Yaxın gələcəkdə növbəti hökumət qurulanda bənzər səs-küylü təyinatlar olacaq.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Ermənistan   Anti-Rusiya  

Rusiyaya qarşı təhlükəli oyun: Paşinyan Ermənistanı hara aparır?

2020/11/16064-1606450589.jpg
Oxunub: 4869     11:43     27 İyul 2021    

Bizi "telegram"da izləyin