ABŞ-ın İraqdakı missiyası bu ilin sonunda başa çatacaq

2021/07/20910-1627362427.jpg
Oxunub: 643     09:51     27 İyul 2021    
ABŞ 31 dekabr tarixinə qədər İraqdakı hərbi kontingentinin döyüş missiyalarını başa çatdırmaq niyyətindədir, bununla yanaşı, yerli təhlükəsizlik qüvvələrinə və hərbiləşdirilmiş kürd birləşmələrinə dəstəyini davam etdirəcək.

Ordu.az xəbər verir ki, bu barədə iki ölkə arasında aparılan strateji dialoqun nəticələri ilə bağlı birgə bəyanatda deyilir. Görüşdə ABŞ dövlət Katibi Entoni Blinken və İraqın xarici işlər naziri Fuad Hüseyn çıxış edib.

“Heyətlər qeyd ediblər ki, ABŞ və koalisiya kontingentinin istifadəsində olan bazalar İraqa məxsusdur və ölkənin mövcud qanunlarına uyğun olaraq fəaliyyət göstərirlər. Onlar ABŞ və koalisiyanın bazaları deyil, beynəlxalq kontingent yalnız İŞİD-lə mübarizədə İraq hökumətinə dəstək üçün iştirak edir”, - deyə Dövlət Departamentinin mətbuat xidməti tərəfindən yayımlanan mətndə qeyd olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İraq  


ABŞ-ın İraqdakı missiyası bu ilin sonunda başa çatacaq

2021/07/20910-1627362427.jpg
Oxunub: 644     09:51     27 İyul 2021    
ABŞ 31 dekabr tarixinə qədər İraqdakı hərbi kontingentinin döyüş missiyalarını başa çatdırmaq niyyətindədir, bununla yanaşı, yerli təhlükəsizlik qüvvələrinə və hərbiləşdirilmiş kürd birləşmələrinə dəstəyini davam etdirəcək.

Ordu.az xəbər verir ki, bu barədə iki ölkə arasında aparılan strateji dialoqun nəticələri ilə bağlı birgə bəyanatda deyilir. Görüşdə ABŞ dövlət Katibi Entoni Blinken və İraqın xarici işlər naziri Fuad Hüseyn çıxış edib.

“Heyətlər qeyd ediblər ki, ABŞ və koalisiya kontingentinin istifadəsində olan bazalar İraqa məxsusdur və ölkənin mövcud qanunlarına uyğun olaraq fəaliyyət göstərirlər. Onlar ABŞ və koalisiyanın bazaları deyil, beynəlxalq kontingent yalnız İŞİD-lə mübarizədə İraq hökumətinə dəstək üçün iştirak edir”, - deyə Dövlət Departamentinin mətbuat xidməti tərəfindən yayımlanan mətndə qeyd olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İraq  


Bizi "telegram"da izləyin