Azərbaycan hərbçiləri Gürcüstanda hərbi təlimlərdə iştirak edir

2021/07/unnam-1627303636.jpg
Oxunub: 950     16:31     26 İyul 2021    
Gürcüstanda Azərbaycan hərbçilərinin da iştirak etdiyi “Agile Spirit – 2021” hərbi təlimlərinin rəsmi açılış mərasimi keçirilib.

Ordu.az xəbər verir ki, mərasim Senaki 2-ci Piyada Briqadasının bazasında baş tutub. Açılış mərasimində çıxış edən Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze bildirib ki, hərbi təlimlər iştirakçı ölkələrin hərbi birləşmələri arasında qarşılıqlı əməliyyat və döyüş qabiliyyətini daha da dərinləşdirəcək.

Qeyd edək ki, 2011-ci ildən etibarən sayca 10-cu dəfə keçirilən builki hərbi təlimlərdə Gürcüstan, Estoniya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya, İspaniya, Türkiyə, Ukrayna, Böyük Britaniya, ABŞ, Kanada, İtaliya və Azərbaycandan ümumilikdə 2500-dək hərbçi iştirak edir.

Ordu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Gürcüstan   Agile-Spirit-2021  


Azərbaycan hərbçiləri Gürcüstanda hərbi təlimlərdə iştirak edir

2021/07/unnam-1627303636.jpg
Oxunub: 951     16:31     26 İyul 2021    
Gürcüstanda Azərbaycan hərbçilərinin da iştirak etdiyi “Agile Spirit – 2021” hərbi təlimlərinin rəsmi açılış mərasimi keçirilib.

Ordu.az xəbər verir ki, mərasim Senaki 2-ci Piyada Briqadasının bazasında baş tutub. Açılış mərasimində çıxış edən Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze bildirib ki, hərbi təlimlər iştirakçı ölkələrin hərbi birləşmələri arasında qarşılıqlı əməliyyat və döyüş qabiliyyətini daha da dərinləşdirəcək.

Qeyd edək ki, 2011-ci ildən etibarən sayca 10-cu dəfə keçirilən builki hərbi təlimlərdə Gürcüstan, Estoniya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya, İspaniya, Türkiyə, Ukrayna, Böyük Britaniya, ABŞ, Kanada, İtaliya və Azərbaycandan ümumilikdə 2500-dək hərbçi iştirak edir.

Ordu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Gürcüstan   Agile-Spirit-2021  


Bizi "telegram"da izləyin