Aİ-dən Ermənistana verilən 2,6 milyard avroluq dəstək İrəvanın Tehranla münasibətlərinə necə təsir edəcək?

2021/07/01-35-1627285584.jpg
Oxunub: 1103     15:35     26 İyul 2021    
Avropa İttifaqı tərəfindən Ermənistana verilən 2.6 milyard avroluq dəstək Ermənistan-İran münasibətlərinə təsir edə bilər.

Məlumata görə, bu məbləğdən 600 milyon avro Şimal-Cənub magistralının Ermənistanın cənub hissəsində inşa edilməsi üçün xərclənəcək.

İrəvan rəsmiləri və ekspert dairələri yolun inşası ilə bağlı manipulyasiyalar yaratmağa çalışır. Ekspertlər qeyd edir ki, İran məhsulları bu yoldan istifadə edə və bu yolla Gürcüstana, daha sonra başqa ölkələrə çıxa bilər.

Rusiya İranın Avropa bazarlarına çıxmasında maraqlı deyil. Çünki bu, Avropa bazarlarda onsuz da getdikcə mövqeləri zəifləyən Moskva üçün xüsusi təhlükələr yaradır. Rusiya sanksiyalardan azad olan İranın Avropaya qaytarılmasına imkan verməmək niyyətindədir. İrəvanın bu manipulyasiyasını əslində Rusiyaya qarşı addım hesab etmək olar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Ermənistan   İran  


Aİ-dən Ermənistana verilən 2,6 milyard avroluq dəstək İrəvanın Tehranla münasibətlərinə necə təsir edəcək?

2021/07/01-35-1627285584.jpg
Oxunub: 1104     15:35     26 İyul 2021    
Avropa İttifaqı tərəfindən Ermənistana verilən 2.6 milyard avroluq dəstək Ermənistan-İran münasibətlərinə təsir edə bilər.

Məlumata görə, bu məbləğdən 600 milyon avro Şimal-Cənub magistralının Ermənistanın cənub hissəsində inşa edilməsi üçün xərclənəcək.

İrəvan rəsmiləri və ekspert dairələri yolun inşası ilə bağlı manipulyasiyalar yaratmağa çalışır. Ekspertlər qeyd edir ki, İran məhsulları bu yoldan istifadə edə və bu yolla Gürcüstana, daha sonra başqa ölkələrə çıxa bilər.

Rusiya İranın Avropa bazarlarına çıxmasında maraqlı deyil. Çünki bu, Avropa bazarlarda onsuz da getdikcə mövqeləri zəifləyən Moskva üçün xüsusi təhlükələr yaradır. Rusiya sanksiyalardan azad olan İranın Avropaya qaytarılmasına imkan verməmək niyyətindədir. İrəvanın bu manipulyasiyasını əslində Rusiyaya qarşı addım hesab etmək olar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Ermənistan   İran  


Bizi "telegram"da izləyin