“Azərbaycanın davranışının məqsədi davamlı təzyiqlər vasitəsilə özü üçün uğurlu sənədə nail olmaqdır” - Abrahamyan

2021/07/sdrty-1627285142.jpg
Oxunub: 849     12:11     26 İyul 2021    
“Qeyd etməliyik ki, Azərbaycanın bu davranışı bu hakimiyyətin həyata keçirdiyi siyasətin, 2020-ci müharibəsinin yekununun və bundan sonra baş vermiş proseslərin nəticəsidir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Şərəfim var” blokunun üzvü Tiqran Abrahamyan deyib.

“Azərbaycan iki məqsədə malikdir: birincisi Ermənistana qarşı təzyiq göstərmək vasitəsilə özü üçün arzuolunan nəticəni almaqdır və o, bu yola çatmaq üçün diplomatik istiqamətlərdə təzyiqləri gücləndirəcək. Azərbaycanın ikinci məqsədi Ermənistanın strateji əhəmiyyətli obyektlərinə, yollarına qarşı nəzarət qazanmaqdır”, - deyə o bildirib.

O qeyd edib ki, Paşinyan hökuməti üçün təhlükəsizlik sözü anlaşılmadı və bunun qorunması istiqamətində heç nə edilmədi.

“İnformasiya təhlükəsizliyinin təmin edilməsi baxımından operativlik məsələsi yeni təhlükəsizlik riskləri yaradır, bunu bu məsələ ilə məşğul olan strukturlarda ya dərk etmirlər, ya da hərəkətsizdirlər. Məsələ Azərbaycan saytlarına və ya xəbərlərinə cavab vermək deyil, bu, həmişə məqsəduyğun olmayıb, lakin erməni media sahəsində yaradılan, Azərbaycandan səslənən toqquşma təhdidləri ilə müşayiət olunan vakuum informasiya təhlükəsizliyi baxımından təhdid yaradır”, - deyə erməni hərbi ekspert bildirib.

Alpər Mövludoğlu 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan   Təzyiq  


“Azərbaycanın davranışının məqsədi davamlı təzyiqlər vasitəsilə özü üçün uğurlu sənədə nail olmaqdır” - Abrahamyan

2021/07/sdrty-1627285142.jpg
Oxunub: 850     12:11     26 İyul 2021    
“Qeyd etməliyik ki, Azərbaycanın bu davranışı bu hakimiyyətin həyata keçirdiyi siyasətin, 2020-ci müharibəsinin yekununun və bundan sonra baş vermiş proseslərin nəticəsidir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Şərəfim var” blokunun üzvü Tiqran Abrahamyan deyib.

“Azərbaycan iki məqsədə malikdir: birincisi Ermənistana qarşı təzyiq göstərmək vasitəsilə özü üçün arzuolunan nəticəni almaqdır və o, bu yola çatmaq üçün diplomatik istiqamətlərdə təzyiqləri gücləndirəcək. Azərbaycanın ikinci məqsədi Ermənistanın strateji əhəmiyyətli obyektlərinə, yollarına qarşı nəzarət qazanmaqdır”, - deyə o bildirib.

O qeyd edib ki, Paşinyan hökuməti üçün təhlükəsizlik sözü anlaşılmadı və bunun qorunması istiqamətində heç nə edilmədi.

“İnformasiya təhlükəsizliyinin təmin edilməsi baxımından operativlik məsələsi yeni təhlükəsizlik riskləri yaradır, bunu bu məsələ ilə məşğul olan strukturlarda ya dərk etmirlər, ya da hərəkətsizdirlər. Məsələ Azərbaycan saytlarına və ya xəbərlərinə cavab vermək deyil, bu, həmişə məqsəduyğun olmayıb, lakin erməni media sahəsində yaradılan, Azərbaycandan səslənən toqquşma təhdidləri ilə müşayiət olunan vakuum informasiya təhlükəsizliyi baxımından təhdid yaradır”, - deyə erməni hərbi ekspert bildirib.

Alpər Mövludoğlu 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan   Təzyiq  


Bizi "telegram"da izləyin