Türkiyə Banqladeşə hərbi gəmilər tədarük edə bilər

2021/07/dfsdf-1627284060.jpg
Oxunub: 898     15:47     26 İyul 2021    
Banqladeş donanması çoxməqsədli freqatların alınması üçün elan etdiyi tenderin finalına qalan şirktələrin adlarını açıqlayıb.

Ordu.az xəbər verir ki, tenderin finalçıları arasında Türkiyə, Çin, Niderland və İtaliya şirkətləri var.

Banqladeş donanması 2.5 milyard dollarlıq 6 hərbi gəmi almaq niyyətindədir. Çinin “China Shipbuilding and Offshore International Company” şirkəti biri 378 milyon dollar başa gələn “Type 054” tipli hərbi gəmiləri, Niderlandın “Damen” şirkəti tərəfindən inşa edilən “Shadhinata” sinfinə məxsus freqatı, İtaliyanın “Fincantieri” şirkəti FREMM freqatlarını təklif edib.

Türkiyə isə tenderdə “İ” sinfinə məxsus freqatları Banqladeşə təklif edib. Gəmilər yerli silah sistemləri ilə təchiz edilib.

Xatırladaq ki, Türkiyə və Banqladeş arasında yaxşı müdafiə əlaqələri mövcuddur. Bundan öncə Ankara bu ölkəyə TRG-300 raket sistemləri və digər hərbi məhsullar ixrac edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Banqladeş  


Türkiyə Banqladeşə hərbi gəmilər tədarük edə bilər

2021/07/dfsdf-1627284060.jpg
Oxunub: 899     15:47     26 İyul 2021    
Banqladeş donanması çoxməqsədli freqatların alınması üçün elan etdiyi tenderin finalına qalan şirktələrin adlarını açıqlayıb.

Ordu.az xəbər verir ki, tenderin finalçıları arasında Türkiyə, Çin, Niderland və İtaliya şirkətləri var.

Banqladeş donanması 2.5 milyard dollarlıq 6 hərbi gəmi almaq niyyətindədir. Çinin “China Shipbuilding and Offshore International Company” şirkəti biri 378 milyon dollar başa gələn “Type 054” tipli hərbi gəmiləri, Niderlandın “Damen” şirkəti tərəfindən inşa edilən “Shadhinata” sinfinə məxsus freqatı, İtaliyanın “Fincantieri” şirkəti FREMM freqatlarını təklif edib.

Türkiyə isə tenderdə “İ” sinfinə məxsus freqatları Banqladeşə təklif edib. Gəmilər yerli silah sistemləri ilə təchiz edilib.

Xatırladaq ki, Türkiyə və Banqladeş arasında yaxşı müdafiə əlaqələri mövcuddur. Bundan öncə Ankara bu ölkəyə TRG-300 raket sistemləri və digər hərbi məhsullar ixrac edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Banqladeş  


Bizi "telegram"da izləyin