Putin Rusiya donanmasının “qarşısıalınmaz” tətilləri barədə xəbərdarlıq edib

2021/07/58632-1627283638.jpg
Oxunub: 880     14:34     26 İyul 2021    
“Ölkənin milli maraqlarına uyğun olduğu təqdirdə Rusiya donanması düşmən hədəflərinə qarşısıalınmaz zərbə endirməyə hazırdır”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq şəhərində keçirilən Hərbi Dəniz Qüvvələri gününə həsr edilən parad zamanı deyib.

O bildirib ki, Rusiya donanması bu gün ölkənin milli maraqlarının qorunmasını təmin etmək üçün lazım olan hər şeyə sahibdir.

“Hər hansı dənizdə, su altında, havada düşməni aşkar edə bilərik və lazım olarsa, ona qarşı qarşısıalınmaz zərbə endirə bilərik”, - deyə Putin qeyd edib.

Putinin bu sözləri ötən ay Qara dənizdə yaşanan insidentdən sonra səsləndirməsi xüsusi diqqət çəkir. İyun ayında Rusiya hərbçiləri Qara dənizdə Britaniya donanmasına məxsus “Defender” esminesinə xəbərdarlıq atəşi açmışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Rusiya  


Putin Rusiya donanmasının “qarşısıalınmaz” tətilləri barədə xəbərdarlıq edib

2021/07/58632-1627283638.jpg
Oxunub: 881     14:34     26 İyul 2021    
“Ölkənin milli maraqlarına uyğun olduğu təqdirdə Rusiya donanması düşmən hədəflərinə qarşısıalınmaz zərbə endirməyə hazırdır”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq şəhərində keçirilən Hərbi Dəniz Qüvvələri gününə həsr edilən parad zamanı deyib.

O bildirib ki, Rusiya donanması bu gün ölkənin milli maraqlarının qorunmasını təmin etmək üçün lazım olan hər şeyə sahibdir.

“Hər hansı dənizdə, su altında, havada düşməni aşkar edə bilərik və lazım olarsa, ona qarşı qarşısıalınmaz zərbə endirə bilərik”, - deyə Putin qeyd edib.

Putinin bu sözləri ötən ay Qara dənizdə yaşanan insidentdən sonra səsləndirməsi xüsusi diqqət çəkir. İyun ayında Rusiya hərbçiləri Qara dənizdə Britaniya donanmasına məxsus “Defender” esminesinə xəbərdarlıq atəşi açmışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Rusiya  


Bizi "telegram"da izləyin