ABŞ “Taliban” qiyamçılarına qarşı mübarizədə Əfqanıstan qoşunlarına daha çox hava dəstəyi verə bilər

2021/07/1440x-1627283558.jpg
Oxunub: 689     14:05     26 İyul 2021    
ABŞ “Taliban” qiyamçılarının hücumuna məruz qalan Əfqanıstan qoşunlarını dəstəkləmək üçün daha çox hava dəstəyi verə bilər.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ dəniz piyadaları korpusunun generalı Kennet Makkenzi Kabildə keçirdiyi mətbuat konfransı zamanı məlumat verib.

“Amerika Birləşmiş Ştatları son bir neçə gündə Əfqanıstan qüvvələrinə dəstək olaraq hava hücumlarını artırıb və “Taliban” hücumlarına davam edərsə, bu yüksək dəstəyi önümüzdəki həftələrdə davam etdirməyə hazırıq”, - deyə o qeyd edib.

Əfqanıstanı da əhatə edən ABŞ-ın Mərkəzi Komandanlığına rəhbərlik edən Makkenzi 31 avqustda hərbi vəzifələri bitdikdən sonra ABŞ qüvvələrinin hava hücumlarına davam edib-etməyəcəyi barədə suala cavab verməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Taliban   Əfqanıstan  


ABŞ “Taliban” qiyamçılarına qarşı mübarizədə Əfqanıstan qoşunlarına daha çox hava dəstəyi verə bilər

2021/07/1440x-1627283558.jpg
Oxunub: 690     14:05     26 İyul 2021    
ABŞ “Taliban” qiyamçılarının hücumuna məruz qalan Əfqanıstan qoşunlarını dəstəkləmək üçün daha çox hava dəstəyi verə bilər.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ dəniz piyadaları korpusunun generalı Kennet Makkenzi Kabildə keçirdiyi mətbuat konfransı zamanı məlumat verib.

“Amerika Birləşmiş Ştatları son bir neçə gündə Əfqanıstan qüvvələrinə dəstək olaraq hava hücumlarını artırıb və “Taliban” hücumlarına davam edərsə, bu yüksək dəstəyi önümüzdəki həftələrdə davam etdirməyə hazırıq”, - deyə o qeyd edib.

Əfqanıstanı da əhatə edən ABŞ-ın Mərkəzi Komandanlığına rəhbərlik edən Makkenzi 31 avqustda hərbi vəzifələri bitdikdən sonra ABŞ qüvvələrinin hava hücumlarına davam edib-etməyəcəyi barədə suala cavab verməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Taliban   Əfqanıstan  


Bizi "telegram"da izləyin