Almaniya ordusuna atıcı silahlar üçün 130 min lazer işarələyici modullar tədarük ediləcək

2021/07/Rhein-1627282850.jpg
Oxunub: 722     20:16     26 İyul 2021    
Almaniyanın “Rheinmetall” şirkəti ölkənin Silahlı Qüvvələrinin (Bundesver) istifadə etdiyi atıcı silahlar üçün lazer işarələyici və güclü fənərə malik modullar tədarük edəcək.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Müqavilədə 130 min modulun tədarükü nəzərdə tutulub. İlkin olaraq ümumi dəyəri 3 milyon avro olan 2460 cihaz təhvil veriləcək. Müqavilənin ümumi dəyəri 178 milyon dollardır. Müqavilənin 7 il davam etməsi planlaşdırılır.

Cihazlar Alman qoşunlarının gecə döyüş qabiliyyətini xeyli artıracaq, çünki bunlar hazırda Bundesver inventarında olan bütün avtomatlar, pulemyotlar və snayper tüfənglərinə standart interfeys vasitəsi ilə quraşdırıla bilər. Çatdırılma bu il başlayacaq.

Seçilən cihaz şirkətin son nəsil “LLM-VarioRay” lazer-fənər modulunun yeni versiyasıdır. Əsasən piyadaların daşıdığı atıcı silahlar üçün hazırlanıb. Hədəfləri aşkarlamaq, müəyyənləşdirmək və işarələmək üçün istifadə olunur.

250 qram ağırlığında olan cihaz güclü ağ fənərdə qırmızı işıqlı lazer işarələyici və fokuslanan infraqırmızı işıqlandırıcıya sahibdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Rheinmetall  


Almaniya ordusuna atıcı silahlar üçün 130 min lazer işarələyici modullar tədarük ediləcək

2021/07/Rhein-1627282850.jpg
Oxunub: 723     20:16     26 İyul 2021    
Almaniyanın “Rheinmetall” şirkəti ölkənin Silahlı Qüvvələrinin (Bundesver) istifadə etdiyi atıcı silahlar üçün lazer işarələyici və güclü fənərə malik modullar tədarük edəcək.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Müqavilədə 130 min modulun tədarükü nəzərdə tutulub. İlkin olaraq ümumi dəyəri 3 milyon avro olan 2460 cihaz təhvil veriləcək. Müqavilənin ümumi dəyəri 178 milyon dollardır. Müqavilənin 7 il davam etməsi planlaşdırılır.

Cihazlar Alman qoşunlarının gecə döyüş qabiliyyətini xeyli artıracaq, çünki bunlar hazırda Bundesver inventarında olan bütün avtomatlar, pulemyotlar və snayper tüfənglərinə standart interfeys vasitəsi ilə quraşdırıla bilər. Çatdırılma bu il başlayacaq.

Seçilən cihaz şirkətin son nəsil “LLM-VarioRay” lazer-fənər modulunun yeni versiyasıdır. Əsasən piyadaların daşıdığı atıcı silahlar üçün hazırlanıb. Hədəfləri aşkarlamaq, müəyyənləşdirmək və işarələmək üçün istifadə olunur.

250 qram ağırlığında olan cihaz güclü ağ fənərdə qırmızı işıqlı lazer işarələyici və fokuslanan infraqırmızı işıqlandırıcıya sahibdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Rheinmetall  


Bizi "telegram"da izləyin