Ermənistan İstintaq Komitəsi Müdafiə Nazirliyinə qarşıdır

2021/07/f1e2a-1626936038.jpg
Oxunub: 535     13:21     26 İyul 2021    
“Azərbaycan əslində öz tarixi planının ikinci mərhələsinə keçir, bu, hələlik gündəlik sərhəd gərginliyi, atışmalar və itkilərlə ilə ifadə olunur”.

Ordu.az xəbər verir ki, bu barədə “Hayeli” nəşrində dərc olunan məqalədə qeyd olunub.

“İntensiv qarşılıqlı atışma nəticəsində Ermənistan Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu yüngül odlu silah yarası alıb. İyulun 24-də Ermənistan İstintaq Komitəsi qarşılıqlı atışma haqqında detalları bildirib. Məlum olur ki, yaralılardan birinin vəziyyəti son dərəcə ağırdır. Müdafiə Nazirliyi və İstintaq Komitəsinin rəsmi hesabatlarındakı ziddiyyət olduqca təhlükəlidir”, - deyə müəllif bildirib.

Məqalədə yazılıb ki, Qarabağdan sonra Ermənistanı təhvil vermək tezisinin həqiqiliyi gündən-günə sübut olunur.

Erməni hərbi ekspert Karen Vrtanesyan da bu məsələyə toxunub.

“Nə qədər toxunmamağı özümə desəm də, alınmır. Dünən “yüngül yaralanmış” üç hərbi qulluqçudan birinin vəziyyətinin son dərəcə ağır olduğu məlum olur. Düzünü desəm, artıq hər şeydə və daim bu yalan danışmaq maniyasını başa düşmürəm. Sadəcə olaraq bu “yüngül” sözünü əlavə etməmək yaxşı olmazdı? Bu “yüngül” sözünü yazmağa sizi kim məcbur edirdi?”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   İstintaq-Komitəsi   MN  

Ermənistan İstintaq Komitəsi Müdafiə Nazirliyinə qarşıdır

2021/07/f1e2a-1626936038.jpg
Oxunub: 536     13:21     26 İyul 2021    

Bizi "telegram"da izləyin