Ermənistan Müdafiə nazirinin kürsüsünə tələsən Arşak Karapetyanın mülkü - ARAŞDIRMA

2021/04/34534-1618554177.jpg
Oxunub: 3611     16:49     24 İyul 2021    
Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın qərarı ilə 20 iyulda Müdafiə nazirinin birinci müavini təyin olunan Arşak Karapetyan və onun ailəsi Karapetyanın hərbi xidməti zamanı xeyli mülklər əldə edib.

Ermənistan Müdafiə Nazirliyinin saytında Karapetyanın tərcümeyi-halına dair məlumatlar azdır. Bu məlumatlara əsasən, o, 1993-2018-ci illərdə Ermənistan Silahlı Qüvvələrində xidmət edib. Aprel döyüşləri zamanı Karapetyan Baş Qərargahın Kəşfiyyat İdarəsinin rəisi olub, müharibədən sonra Serj Sarkisyanın fərmanı ilə tutduğu vəzifədən azad edilib və sonra Ermənistanın Rusiyadakı hərbi attaşesi kimi yenidən peyda olub. Paşinyanın hakimiyyətə gəlməsindən sonra Arşak Karapetyan əvvəlcə Baş nazirin müşaviri, daha sonra Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini və 20 iyulda Müdafiə nazirinin müavini oldu.

“Faktların yoxlanılması platforması” Arşak Karapetyanın və onun həyat yoldaşının, həmçinin sonuncu ilə qarşılıqlı əlaqəli olan əmlakların sayını və mənşəyini araşdırıb.

“Elcomp”: Karapetyanların təhlükəsizlik sistemləri biznesi

1999-cu ildə Arşak Karapetyan təhlükəsizlik sistemlərinin idxalı və satışı ilə məşğul olan “Elcomp” MMC-ni təsis edib. Əvvəlcə şirkətin yeganə səhmdarı Karapetyan idi, lakin onun payı Rusiya vətəndaşı Vladimir Janda və Moskvada qeydiyyatdan keçmiş Ruben Sahakyan arasında hər biri 33.3 faizlik payla bölüşdürülür. 2014-cü ildə Arşak Karapetyan şirkətdəki payını həyat yoldaşı Roza Karapetyana küçürüb. Sonuncu, şirkətin direktor müavinidir və Roza Karapetyan müxtəlif sərgilərdə şirkət adından danışır (məsələn, “Armsecurity-2017” sərgisində).

“Elcomp”un müxtəlif illərdəki xidmətlərindən hökumət işçiləri, parlament, Prezident Aparatı, Xarici İşlər Nazirliyi, Ermənistanda fəaliyyət göstərən səfirliklər, bir çox iri vergi ödəyiciləri istifadə edib. “Elcomp” tanınmış Polşa, Rusiya və Yaponiya istehsalçılarından video nəzarət, yanğına qarşı mübarizə, girişə nəzarət sistemləri, radio rabitə vasitələri tədarük edib.

“Armeps” satınalma sisteminə görə, 2016-2021-ci illərdə dövlət qurumları ilə “Elcomp” arasında təxminən 209 milyon dram dəyərində müqavilələr imzalanıb ki, bunların da çoxu Müdafiə Nazirliyi ilə bağlanmış müqavilələrdir. “Elcomp” təkcə bu il Ermənistan MN ilə 47,3 milyon dram dəyərində müqavilə imzalayıb. Şirkət Karapetyanlar tərəfindən əmlak əldə edilməsində əsas rola malikdir.

Bağramyan 76/3: “Elcomp” öz səhmdarlarından yer icarəyə götürür

“Elcomp” MMC-nin ofisi İrəvan, Bağramyan prospekti 76/3, “Barekamutyun” metro stansiyasının yanında yerləşir. Ermənistan Kadastr Komitəsinin məlumatlarına əsasən, əmlak 2004-cü ilə qədər dövlətə, daha sonra özəlləşdirilən bir şirkət olan “Metroşinveranoroqum” ASC-yə məxsus olub, sonradan maddi vəziyyət pis olduğu üçün satılıb.

“Metroşinveranoroqum” 1996-cı ildə qurulub, səhmdarlardan biri və şirkətin direktoru olan Hrant Haxnazaryan inşaat sahəsində iş adamı, bir neçə inşaat şirkətinin səhmdarıdır. Sövdələşmədən əvvəl mülk “Ardşininvest” bankında 17.000 dollar kredit müqaviləsi üçün girov qoyulmuşdu və kadastr sənədlərinə görə, 168 kvadratmetrlik bina 2004-cü ildə İrəvan sakini olan Eduard Badalyana satılıb. Sonuncu, bu əmlakı əldə edərək onu yalnız bir həftə idarə edir, bundan sonra Badalyan Arşak Karapetyanın həyat yoldaşı Roza Karapetyan ilə əmlak alqı-satqısı müqaviləsi imzalayır.

Eduard Badalyan “Metroşinveranoroqum”dan 15 milyon dramlıq əmlak əldə edərək onu 35.5 milyon drama Karapetyana satır (alqı-satqı müqaviləsini imzalayarkən Karapetyan bütün məbləği Badalyana köçürüb). Karapetyandan başqa əmlakın alıcıları da Rusiya Federasiyası vətəndaşları olan Vladimir Jadan və Narine Hakobyan idi. Xatırladaq ki, Jadan da “Elcomp”un səhmdarlarından biridir. Narine Hakobyan və Vladimir Jadan 2005-ci ilin fevralında öz adlarından icarə müqaviləsi imzalamaq üçün Roza Karapetyana səlahiyyıət verir və bu müqavilə ilə ərazi aylıq 300 dollara “Elcomp” MMC-yə təhvil verilir. Ötən il müqavilənin müddəti bitib və o, müddətsiz olaraq fəaliyyət göstərməyə davam edir. Roza Karapetyan həm də ayrıca sövdələşmə ilə bu ərazidəki torpağı 3.3 milyon drama alıb. Kadastr Komitəsində mövcud olan məlumatlara görə, 2020-ci ildəki vəziyyətə əsasən, ərazinin sahəsi artıq 173 kvadrat metr təşkil edib.

İrəvan metrosunun ərazisi generalın arvadına məxsusdur

2014-cü ildə Bağramyan küçəsi 76/7 ünvanındakı daşınmaz əmlak “Elcomp” MMC-yə verilib. Alqı-satqı müqaviləsinin imzalanmasından əvvəl Karen Demirtsyan adına İrəvan metropoliteni və “Elcomp” arasında məhkəmə prosesləri baş tutmuşdu. Məhkəmə işinə görə, 2007-ci ildə metropolitenin direktoru Paylak Yayloyan ilə bir razılaşma imzalanır. Müqavilə ilə gələcəkdə “Rabitə Evi” paylama şəbəkəsinin müvafiq tikintisi - 60 kvadrat metr sahəli tikinti və 111 kvadrat metr torpaq sahəsi “Elcomp”a keçir. 2007-ci ildə Metropoliten və “Elcomp” arasında imzalanmış razılaşmaya əsasən, sonuncu, “Rabitə Evi”nin komplekt yarımstansiyasının yüksək gərginlikli və aşağı gərginlikli ərazilərini sökməyə və “Rabitə Evi”nin yarımstansiyasının ərazisini köçürməyə, bunun müqabilində mülkiyyət hüququ ilə o avadanlıqların söküldüyü tikinti və ərazini almağa məcbur edilirdi.

2013-cü ilə olan vəziyyətə əsasən müvafiq əmlak 15.2 milyon dram olaraq qiymətləndirilib, lakin daşınmaz əmlakın Karapetyanın həyat yoldaşına köçürülməsi həyata keçirilməyib, bundan sonra o, məhkəməyə müraciət edərək bildirib ki, yarımstansiyanın sökülmə işləri lazımi şəkildə həyata keçirilib, Paylak Yayloyan tərəfindən aktın imzalanması olub və Metropoliten müvafiq ərazini özgəninkiləşdirməyə borcludur. 2014-cü il sentyabrın 16-da Arabkir və Kanaker-Zeytun inzibati rayonlarının ümumi yurisdiksiya məhkəməsi iddianı təmin edir və İrəvan metropolitenindən “Elcomp”la alqı-satqı müqaviləsi bağlamağı tələb edir. Müqavilə 25 noyabrda imzalanır, torpaq sahəsi və bina “Elcomp”a keçir. Razılaşmanın dəyəri 12.4 milyon dramdır.

Karapetyanların şəxsi evi Sevkareçi Sako küçəsindədir

2010-cu ilin oktyabrında Roza Karapetyan 27 milyon dram qarşılığında Cemma Manaseryandan Arabkirin Sevkareçi Sako küçəsi 37 ünvanında yerləşən şəxsi bir ev aldı. Satış müqaviləsinin təsdiqlənməsi zamanı 27 milyon dramdan 20 milyonu artıq ödənilmişdi. Arşak və Roza Karapetyanların şəxsi evi, sahəsi 470 kvadratmetr olan yaşayış evindən, sahəsi 21 kvadratmetr olan əlavə binadan, təxminən 17 kvadratmetrlik hovuzdan ibarətdir və hasarlarla əhatə olunub. Kadastr Komitəsinin məlumatına görə, 2010-cu ildə Arabkirdə fərdi evlərin orta qiyməti bir kvadrat metr üçün 393.000 dram idi və təkcə şəxsi evin yaşayış sahəsini bu kvadrat metrin qiymətinə vuranda evin qiyməti 184,7 milyon dram olur, lakin Roza Karapetyan ümumi evi cəmi 27 milyon drama satın alıb.

Şəxsi evin kadastr dəyəri 32,8 milyon dram olaraq qiymətləndirilib və ünvan 2018-ci ilin iyulunda bələdiyyə tərəfindən verilib.

Roza Karapetyan bağını bəyannaməsində qeyd etməyib

2006-cı ildə Roza Karapetyan 150 min drama Crvejdə yaşayış üçün istismar əhəmiyyətli, 600 kvadrat metr sahəli ərazi alır. Razılaşmanın digər tərəfi Hrayr Çuqunyan olub. Roza Karapetyanın Korrupsiyanın Qarşısının Alınması Komissiyasına verdiyi açıqlamada bu yay evi ilə bağlı heç bir şey qeyd olunmur. Vəzifəli şəxs tərəfindən saxta bəyannamə təqdim etmək 2017-ci ildən etibarən cinayət hesab edilir. Arşak Karapetyan, öz növbəsində, Crvejdə üzərində yarı tikili bir bağça olan torpaq sahəsinə sahibdir. Erməni general bunu 1999-cu ildə alıb.

Bütün bunlara əlavə olaraq, Roza Karapetyan Kotayk vilayətinin Nor Qeği icmasında, İrəvanyan küçəsi 239 və 241 ünvanında torpaq sahələrinə sahibdir. Bu ünvanlardan birində o vaxt “Nikaqaz” MMC tərəfindən idarə olunan bir yanacaqdoldurma məntəqəsi var idi. Roza Karapetyan şirkətin 33.4 faizinin səhmdarı idi. “Nikaqaz”ın fəaliyyəti 2012-ci ildən dayandırılıb.

Ermənistanın Korrupsiyanın Qarşısının Alınması Komissiyasına təqdim olunan bəyannaməyə görə, 2020-ci ilədək Arşak Karapetyanın tək daşınmaz əmlakı Crvejdəki bağçadır. Onun nağd vəsaitləri 7200 dollar və 800 min dram təşkil edib, Baş nazirin müşaviri işinin maaşı olaraq 10.7 milyon dram olub, özünün qeyd etdiyi kimi, “sosial təminat xidməti”ndən 4.4 milyon dram da təqaüd alıb. Roza Karapetyan Crvejdəki torpaq sahəsini elan etməyib, bunun əvəzində Sevkareçi Sako küçəsindəki şəxsi evi, Bağramyan prospektindəki ortaq ərazini, Nor Qeğidəki torpaqları elan edib və 2011-ci ildə aldığı “Audi” markalı avtomobilə də sahibdir. Roza Karapetyanın nağd pulu 4,5 milyon dram, “Elcomp”dan aldığı əmək haqqı 912.000 dram, kirayədən qazancı isə 576 min dram təşkil edib.

Arşak Karapetyan “1 Mart” işi üzrə əsas şahiddir, 2008-ci ilin o günləri və məlum məsləhətləşmə ilə bağlı Robert Köçəryana qarşı ifadə vermişdi, ordunun hansı şəraitdə daxili siyasi proseslərə cəlb olunduğunu təqdim etmişdi. Karapetyan, aprel döyüşlərinin hallarını araşdıran parlament istintaq komissiyasına da dəvət edildi və deputatlara açıqlamalar verdi. 2015-ci ildə, Aprel döyüşlərindən 1 il əvvəl Ermənistan Silahlı Qüvvələrinin Kəşfiyyat İdarəsinin rəisi olan Arşak Karapetyan İctimai TV-də “sərhəddəki mövqelər təchiz edilib, qoşun hazır şəkildə oturub” deyərək arxayın danışırdı, komplektləşdirilən Azərbaycan silahlanması haqqında danışarkən isə “bunlar yüksək səslərdən başqa heç bir təsirə malik olmayıb” deyirdi.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Müdafiə-naziri  

Ermənistan Müdafiə nazirinin kürsüsünə tələsən Arşak Karapetyanın mülkü - ARAŞDIRMA

2021/04/34534-1618554177.jpg
Oxunub: 3612     16:49     24 İyul 2021    

Bizi "telegram"da izləyin