“Boeing” bu ilin ikinci rübündə müştərilərə 43 hərbi təyyarə və helikopter təhvil verib

2021/07/high--1627109271.jpg
Oxunub: 1612     16:14     24 İyul 2021    
“Boeing” şirkəti bu ilin ikinci rübündə müştərilərə 43 hərbi sabit və fırlanan qanadlı hava vasitəsi təhvil verib.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin ikinci rüblə bağlı hesabatında qeyd olunub.

Təhvil verilən hava vasitələri bunlardır: 6 ədəd yeni, 16 ədəd modernləşdirilmiş AH-64 “Apache” helikopteri, 3 ədəd yeni, 1 ədəd modernləşdirilmiş CH-47 “Chinook” helikopteri, 5 ədəd F-15 döyüş təyyarəsi, 7 ədəd F/A-18 “Super Hornet”, iki ədəd KC-46 tankeri və üç ədəd P-8 dəniz patrul təyyarəsi.

Bu rübdə şirkət Britaniyaya 14 ədəd CH-47 “Chinook” ağır yük helikopteri və Almaniyaya 5 P-8A dəniz patrul təyyarəsi üçün müqavilə imzalayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Boeing   AH-64-Apache  


Bizi "telegram"da izləyin