Pentaqon ABŞ HHQ-nin döyüş təyyarələri parkını azaltmaq niyyətindədir

2021/07/16270-1627026254.jpg
Oxunub: 654     10:28     24 İyul 2021    
Pentaqon növbəti maliyyə ilində xidməti müddətini başa vurmuş döyüş təyyarələrini istismardan çıxarmağı planlaşdırır. Ən əhəmiyyətli azalmalar ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrində gözlənilir.

Ordu.az xəbər verir ki, Hərbi Hava Qüvvələri 180-dən çox döyüş təyyarəsini xidmətdən geri çəkmək niyyətindədir.

Bununla ABŞ Hərbi Hava Qüvvələri yeni silahların alınmasına sərf ediləcək 1,34 milyard dollara qədər qənaət etmək niyyətindədir.

Planlara görə, F-15C/D və F-16C/D qırıcıları, A-10 “Thunderbolt” hücum təyyarələrinin sayı azaldılacaq.

Bunladan başqa tanker təyyarələrinin və hərbi nəqliyyat təyyarələrinin də sayının azaldılması planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Pentaqon   HHQ  


Pentaqon ABŞ HHQ-nin döyüş təyyarələri parkını azaltmaq niyyətindədir

2021/07/16270-1627026254.jpg
Oxunub: 655     10:28     24 İyul 2021    
Pentaqon növbəti maliyyə ilində xidməti müddətini başa vurmuş döyüş təyyarələrini istismardan çıxarmağı planlaşdırır. Ən əhəmiyyətli azalmalar ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrində gözlənilir.

Ordu.az xəbər verir ki, Hərbi Hava Qüvvələri 180-dən çox döyüş təyyarəsini xidmətdən geri çəkmək niyyətindədir.

Bununla ABŞ Hərbi Hava Qüvvələri yeni silahların alınmasına sərf ediləcək 1,34 milyard dollara qədər qənaət etmək niyyətindədir.

Planlara görə, F-15C/D və F-16C/D qırıcıları, A-10 “Thunderbolt” hücum təyyarələrinin sayı azaldılacaq.

Bunladan başqa tanker təyyarələrinin və hərbi nəqliyyat təyyarələrinin də sayının azaldılması planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Pentaqon   HHQ  


Bizi "telegram"da izləyin