“Qərb regionda peyda olmadığı müddətcə, Bakı dəmiri isti-isti döyməyə üstünlük verir” - Tarasov

2020/12/00-92-1608889366.jpg
Oxunub: 815     14:14     22 İyul 2021    
Tanınmış rus politoloq Stanislav Tarasov “Regnum” saytında Cənubi Qafqazda və Qarabağ ətrafında baş verən inkişaflara toxunub.

Ordu.az xəbər verir ki, o, əsas diqqəti Azərbaycan prezidenti İlham Əliyevin Moskva səfərinə və Qarabağ məsələsi ətrafında Rusiya prezidenti Vladimir Putinlə apardığı danışıqlara yetirib.

Tarasov vurğulayır ki, görüşdə Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin Qarabağla bağlı 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar razılaşmalarının yerinə yetirilməsinin praktik aspektlərinə, eləcə də iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılması və inkişaf məsələlərinə xüsusi diqqət ayrılıb.

Müəllif vurğulayır ki, İlham Əliyev regiondakı hazırkı dövrü “konfliktdən sonrakı dövr” kimi qiymətləndirib.

Tarasov bildirib ki, Qərb regionda peyda olmadığı müddətcə, Bakı dəmiri isti-isti döyməyə üstünlük verir.

O qeyd edib ki, Cənubi Qafqazda yenə mürəkkəb vəziyyətin yaranması bu gün hər kəsə məlumdur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qarabağ  


“Qərb regionda peyda olmadığı müddətcə, Bakı dəmiri isti-isti döyməyə üstünlük verir” - Tarasov

2020/12/00-92-1608889366.jpg
Oxunub: 816     14:14     22 İyul 2021    
Tanınmış rus politoloq Stanislav Tarasov “Regnum” saytında Cənubi Qafqazda və Qarabağ ətrafında baş verən inkişaflara toxunub.

Ordu.az xəbər verir ki, o, əsas diqqəti Azərbaycan prezidenti İlham Əliyevin Moskva səfərinə və Qarabağ məsələsi ətrafında Rusiya prezidenti Vladimir Putinlə apardığı danışıqlara yetirib.

Tarasov vurğulayır ki, görüşdə Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin Qarabağla bağlı 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar razılaşmalarının yerinə yetirilməsinin praktik aspektlərinə, eləcə də iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılması və inkişaf məsələlərinə xüsusi diqqət ayrılıb.

Müəllif vurğulayır ki, İlham Əliyev regiondakı hazırkı dövrü “konfliktdən sonrakı dövr” kimi qiymətləndirib.

Tarasov bildirib ki, Qərb regionda peyda olmadığı müddətcə, Bakı dəmiri isti-isti döyməyə üstünlük verir.

O qeyd edib ki, Cənubi Qafqazda yenə mürəkkəb vəziyyətin yaranması bu gün hər kəsə məlumdur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qarabağ  


Bizi "telegram"da izləyin