“Azərbaycan 2 həftədən sonra öz vəzifəsini başa vuracaq və biz də unudacağıq” - Movses Hakobyan

2019/12/movse-1576663701.jpg
Oxunub: 594     10:51     22 İyul 2021    
“Azərbaycan hakimiyyəti bu sektorda demarkasiya prosesi həyata keçirir və iki həftə ərzində Yerasxda sərhədlərin dəyişikliyi olacaq, yəni Azərbaycan öz vəzifələrini başa vuracaq, bəlkə də atışmalar da olmayacaq”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, keçmiş baş hərbi müfəttiş Movses Hakobyan deyib.

Onun sözlərinə görə, Yerasxdakı gərginlik başa çatacaq, başqa bir yerdə gərginlik başlayacaq, ermənilər Yerasxı da unudacaqlar və s.

Hakobyan deyib ki, Sünikdəki problemlər hələ də qalır, bunlar daha mürəkkəbdir, nəticələr isə ermənilər üçün çox ağrılı olacaq.

Ermənistan-Azərbaycan sərhədində baş verən insidentlərə toxunarkən Hakobyan deyib ki, vəziyyətə tam bələd deyil, buna görə də deyə bilməz.

“İzləyirəm, amma KİV-lərdən bilirəm. Xüsusi olaraq heç bir məlumat yoxdur”, - deyə o bildirib.

Hakobyanın sözlərinə görə, qlobal baxımdan nə baş verdiyini başa düşmək üçün noyabrın 10-da İlham Əliyev və Paşinyan tərəfindən imzalanmış sənədə toxunmaq lazımdır.

“Sülh bizə vətənimizdən hissə-hissə parçalar qoparmaqla xidmət edəcək”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Hakobyan  


“Azərbaycan 2 həftədən sonra öz vəzifəsini başa vuracaq və biz də unudacağıq” - Movses Hakobyan

2019/12/movse-1576663701.jpg
Oxunub: 595     10:51     22 İyul 2021    
“Azərbaycan hakimiyyəti bu sektorda demarkasiya prosesi həyata keçirir və iki həftə ərzində Yerasxda sərhədlərin dəyişikliyi olacaq, yəni Azərbaycan öz vəzifələrini başa vuracaq, bəlkə də atışmalar da olmayacaq”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, keçmiş baş hərbi müfəttiş Movses Hakobyan deyib.

Onun sözlərinə görə, Yerasxdakı gərginlik başa çatacaq, başqa bir yerdə gərginlik başlayacaq, ermənilər Yerasxı da unudacaqlar və s.

Hakobyan deyib ki, Sünikdəki problemlər hələ də qalır, bunlar daha mürəkkəbdir, nəticələr isə ermənilər üçün çox ağrılı olacaq.

Ermənistan-Azərbaycan sərhədində baş verən insidentlərə toxunarkən Hakobyan deyib ki, vəziyyətə tam bələd deyil, buna görə də deyə bilməz.

“İzləyirəm, amma KİV-lərdən bilirəm. Xüsusi olaraq heç bir məlumat yoxdur”, - deyə o bildirib.

Hakobyanın sözlərinə görə, qlobal baxımdan nə baş verdiyini başa düşmək üçün noyabrın 10-da İlham Əliyev və Paşinyan tərəfindən imzalanmış sənədə toxunmaq lazımdır.

“Sülh bizə vətənimizdən hissə-hissə parçalar qoparmaqla xidmət edəcək”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Hakobyan  


Bizi "telegram"da izləyin