“Hraparak”: Seçkilərdən bir ay sonra sərhəddə başlamış eskalasiya Paşinyanın əldə etdiyi yeni razılaşmaların nəticəsidir

2021/06/215c8-1624263051.jpg
Oxunub: 590     15:58     22 İyul 2021    
“Bəzi məlumatlara görə, seçkilərdən düz bir ay sonra Ermənistan sərhədində başlamış eskalasiya Nikol Paşinyanın əldə etdiyi yeni razılaşmaların nəticəsidir”.

Ordu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edir ki, hakimiyyətə yaxın olan mənbələr bunun genişmiqyaslı müharibəyə çevrilməsini az mümkün hesab edir.

“Hələ seçkilərdən əvvəl Tavuş vilayətindəki anklavların, Kərkinin təhvil verilməsi perspektivi, Mehri yolunun tikintisinin, eləcə də demarkasiya və delimitasiya işlərinin başlaması məsələsi aktiv şəkildə müzakirə edilirdi.

İstisna edilmir ki, tərəflər son razılığa gəlməyiblər və Azərbaycan təzyiq vasitəsilə istədiyini almağa çalışır. Lakin tamamilə mümkündür ki, razılaşma əslində sadəcə olaraq gərginlik yaratmaq üçün əldə olunub, Nikol Paşinyan yeni güzəştlərə getməyə risk etmir. O, gərginliyi Qarabağ müharibəsi kimi pik həddə çatdıracaq ki, sonra özünə haqq qazandırsın ki, əgər güzəştə getməsəydim, bütöv bir xalq məhv ola bilərdi və mən 2 milyon insanı genişmiqyaslı müharibədən xilas etdim”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Təxribat   Seçki  


“Hraparak”: Seçkilərdən bir ay sonra sərhəddə başlamış eskalasiya Paşinyanın əldə etdiyi yeni razılaşmaların nəticəsidir

2021/06/215c8-1624263051.jpg
Oxunub: 591     15:58     22 İyul 2021    
“Bəzi məlumatlara görə, seçkilərdən düz bir ay sonra Ermənistan sərhədində başlamış eskalasiya Nikol Paşinyanın əldə etdiyi yeni razılaşmaların nəticəsidir”.

Ordu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edir ki, hakimiyyətə yaxın olan mənbələr bunun genişmiqyaslı müharibəyə çevrilməsini az mümkün hesab edir.

“Hələ seçkilərdən əvvəl Tavuş vilayətindəki anklavların, Kərkinin təhvil verilməsi perspektivi, Mehri yolunun tikintisinin, eləcə də demarkasiya və delimitasiya işlərinin başlaması məsələsi aktiv şəkildə müzakirə edilirdi.

İstisna edilmir ki, tərəflər son razılığa gəlməyiblər və Azərbaycan təzyiq vasitəsilə istədiyini almağa çalışır. Lakin tamamilə mümkündür ki, razılaşma əslində sadəcə olaraq gərginlik yaratmaq üçün əldə olunub, Nikol Paşinyan yeni güzəştlərə getməyə risk etmir. O, gərginliyi Qarabağ müharibəsi kimi pik həddə çatdıracaq ki, sonra özünə haqq qazandırsın ki, əgər güzəştə getməsəydim, bütöv bir xalq məhv ola bilərdi və mən 2 milyon insanı genişmiqyaslı müharibədən xilas etdim”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Təxribat   Seçki  


Bizi "telegram"da izləyin