Sərhəddəki gərginlik, yoxsa növbədənkənar seçkinin nəticəsi? - Harutyunyanın missiyası başa çatdı

2021/07/timth-1626945067.jpg
Oxunub: 744     15:43     22 İyul 2021    
Vağarşak Harutyunyan Ermənistan Müdafiə naziri vəzifəsinin müvəqqəti əvəzedicisi statusundan istefa verib. Baş Qərargah rəisinin müavini olan Arşak Karapetyan əslində onu nazir vəzifəsində əvəzləyəcək. Erməni mətbuatı bu kadr dəyişikliyi haqqında 20 iyul səhəri yazmışdı və həmin gün faktiki olaraq dəyişiklik baş tutdu.

Əlbəttə, bu, özü ilə bir sıra suallar və diqqətəlayiq müşahidələr gətirir. Əvvəla, bir tərəfdən, növbədənkənar parlament seçkilərindən sonra bu cür kadr dəyişikliklərin yeni hökumətin, yeni hakimiyyətin qurulması kontekstində baş verməsi təbiidir. Digər tərəfdən bunların sərhəd gərginliyinin artması, xüsusən Naxçıvan istiqamətində qarşılıqlı atışma şəraitində baş verməsi diqqəlayiqdir və suallar yaradır. Buna görə də sual yaranır ki, məgər bu dəyişiklik və sərhəddəki vəziyyət arasında əlaqə var?

Və ya sualı başqa cür qoyaq. Dəyişiklik bu və ya digər şəkildə olacaqdı, lakin məgər sərhəddəki inkişaflar Ermənistan parlamentinin yeni iclasını və hökumətin qurulması prosesini gözləməyərək bu dəyişikliyi sürətləndirməyib? Vağarşak Harutyunyan müharibədən sonra nazir təyin edildi. Onun fəaliyyəti, belə demək mümkünsə, əhəmiyyətli dərəcədə qeyri-müəyyən gözədəyməzlik içində qaldı. Əlbəttə, bir tərəfdən Harutyunyanın payına çox çətin dövr düşdü, lakin digər tərəfdən onun vəzifə tutması məlum sərhəd insidentləri ilə müşayiət olundu.

Buna görə Ermənistan Müdafiə nazirinin məsuliyyət ölçüsünün nə qədər olduğunu yalnız hərtərəfli araşdırmadan sonra söyləmək olar, lakin aydındır ki, Vağarşak Harutyunyanın vəzifə tutması hər hansı müsbət, əhəmiyyətli aktla diqqət mərkəzinə düşmədi. Arşak Karapetyana gəlincə, o, son illərdə Ermənistan həyatının ən sirli fiqurlarından biridir. Karapetyan Aprel döyüşləri zamanı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının Kəşfiyyat İdarəsinin rəisi idi. Bundan həftələr sonra Serj Sarkisyan Aprel döyüşləri zamanı kəşfiyyatın qüsurlu işi ilə bağlı söz-söhbətlər fonunda onu vəzifəsindən azad etdi.

Lakin bununla bağlı hər hansı rəsmi açıqlama, təsdiqləmə və ya təkzib olmadı. Bir neçə ay sonra həmin Sarkisyan həmin Karapetyanı Ermənistanın Rusiyadakı səfirliyinin hərbi attaşesi təyin etdi. Hakimiyyət dəyişikliyindən sonra Nikol Paşinyan Karapetyanı Ermənistana qaytardı və Baş nazirin müşaviri təyin etdi. Paşinyan jurnalistlərin Aprel döyüşləri və kəşfiyyatın qüsuru barədə sualına cavab verərək bildirdi ki, o, Baş nazir statusunda Aprel döyüşləri haqqında yüzlərlə səhifə gizli sənədlərlə tanış olub və orada kəşfiyyatın qüsuru barədə heç bir şey yoxdur.

Artıq müharibədən sonra Baş Qərargah ətrafında məlum hadisələr, generalların məlum “qiyamı” ilə bağlı gerçəklər kontekstində Arşak Karapetyan Baş Qərargah rəisinin müavini təyin edildi. O, Ermənistan Müdafiə naziri siyasi vəzifəsində nə ilə diqqət mərkəzinə düşəcək? Əslində belə çıxır ki, Ermənistanda ordu kəşfiyyatının keçmiş rəisi siyasətə daxil olur, çünki nazir nəticə etibarilə siyasi vəzifədir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Sərhəd   Seçki   Təxribat   Ermənistan  

Sərhəddəki gərginlik, yoxsa növbədənkənar seçkinin nəticəsi? - Harutyunyanın missiyası başa çatdı

2021/07/timth-1626945067.jpg
Oxunub: 745     15:43     22 İyul 2021    

Bizi "telegram"da izləyin