“1in.am”: Türkiyə və Azərbaycan Rusiyaya təzyiq göstərmək imkanına sahibdir

2021/07/001-1626941777.jpg
Oxunub: 712     14:01     22 İyul 2021    
Məlum olduğu kimi, Prezident İlham Əliyev bir neçə gün öncə Rusiyaya səfər edib. Bundan əvvəl Ermənistanın Baş naziri vəzifəsini əvəz edən Nikol Paşinyan da Rusiyaya getmişdi.

Səfərlərin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin regional səfəri ərərfəsində olmas diqqət çəkir. Səfər zamanı Mişel bir tərəfdən Ermənistan-Azərbaycan münasibətlərində konstruktiv rola hazır olduğunu bəyan etdi, digər tərəfdən də Ermənistanın buna hazır olmadığına və Ermənistanın konstruktiv gündəmdən yayındığına incə bir şəkildə eyham vurdu.

Eyni zamanda, Mişelin regional səfəri zamanı Avropa İttifaqının Azərbaycanı regional siyasətinin əsas dayağı hesab etdiyi açıq şəkildə qeyd edildi.

“1in.am” nəşri yazır ki, İlham Əliyev Moskvaya təzyiq göstərməyə çalışacaq ki, Kreml də öz növbəsində Türkiyə-Azərbaycan gündəmində Ermənistana təzyiq göstərsin.

“Onların Avropa İttifaqına qarşı çıxma maraqları şübhəsiz ki, üst-üstə düşür. Lakin digər tərəfdən Ermənistana təzyiq göstərmək və belə demək mümkünsə, “kəskin və həssas” gündəmlərə məcbur etmək məsələsində birbaşa məsuliyyəti üzərinə götürmək Moskva üçün kifayət qədər çətindir. Digər tərəfdən, ruslar üçün Qafqazda sabit bir mühit təmin etmək çox vacibdir, çünki Mərkəzi Asiyada birbaşa hərbi müdaxilə riskiləri olduqca açıq-aydındır.

Türkiyə və Azərbaycan Rusiyaya təzyiq göstərmək imkanına sahibdirlər, Moskva isə yox. Sahib deyil, çünki Ankara və Bakı ilə sərt danışmağa cəsarət etmir.

Bu baxımdan Ermənistanda Avropa İttifaqının mövqelərinin artması sanki Moskva üçün Ankara və Bakıya qarşı çox və ya az üstünlük qazanmaq imkanı ola bilərdi. Məsələ burasındadır ki, bu imkandan istifadə etmək üçün Kremldəkilər öz imperialist komplekslərindən qurtulmalı və Qərbə müəyyən dərəcədə güzəştə getməklə olsa belə, lakin məhz bunun sayəsində bu güzəşti Ankara və Bakı ilə münasibətdə üstünlük formalaşdırmaqla “kompensasiya etməyə” çalışaraq Ermənistanda Aİ-nin, Qərbin mövqelərinin güclənməsinə imkan verməlidirlər. Ancaq Moskvada bu cür müşahidələr aparmağa qadir deyillər”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Azərbaycan  

“1in.am”: Türkiyə və Azərbaycan Rusiyaya təzyiq göstərmək imkanına sahibdir

2021/07/001-1626941777.jpg
Oxunub: 713     14:01     22 İyul 2021    

Bizi "telegram"da izləyin