Putinlə görüşün yeni gündəmi – Zəngəzur dəhlizi

2021/07/cf3ca-1626803574.jpg
Oxunub: 1579     14:26     22 İyul 2021    
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya işgüzar səfər edib. Səfər öncəsi Ermənistan keçən həftədən etibarən Naxçıvan istiqamətində vəziyyəti gərginləşdirir. Ermənistandakı parlament seçkiləri bitdi, Paşinyan hökuməti qalib gəldi.

“Hayeli” nəşri yazır ki, indi Azərbaycan qalanını, yəni Zəngəzur dəhlizini istəyir.

“İlham Əliyev gözləməyə hazırlaşmadığını açıq şəkildə başa salır. Göründüyü kimi, bu məsələləri yaxın vaxtlarda Moskvada Putinlə müzakirə edib. Artıq Rusiya-Azərbaycan danışıqları üçün zəmin hazırlanıb. Yüksək bir nişan qoyub, yəni bundan nə qədər az qazansa da, yenə də qazanmış şəkildə çıxacaq”, - deyə nəşr yazıb.

Prezident İlham Əliyev bildirib ki, prioritet məsələ yüz minlərlə məcburi köçkünün doğma yurdlarına ləyaqətli və təhlükəsiz qayıdışıdır.

“Lakin əsas çətinlik Ermənistan tərəfindən basdırılmış çoxsaylı minalardır. 2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından sonra mina partlaması nəticəsində 30-a yaxın Azərbaycan vətəndaşı həlak olub, 100 nəfərdən çox insan isə yaralanıb. Bundan əlavə, minalar azad olunmuş ərazilərdə yenidənqurma prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir”, - deyə dövlət başçısı bildirib.

İlham Əliyev qeyd edib ki, Ermənistan sülh sazişini imzalamağa hazır deyil.

“Qeyri-rəsmi kanallarla bizə çatan məlumat budur ki, Ermənistan buna hazır deyil. Hesab edirəm, bu, çox böyük bir səhv olacaq. Necə ki, müharibə ərəfəsində və müharibə dövründə Ermənistan tərəfi böyük səhvlər buraxıb, hərbi cinayətlər törədib. Bu, növbəti böyük səhv ola bilər. Çünki bizim bu təklifimiz yeni real vəziyyətə əsaslanır. Biz hesab edirik ki, məsələ həll olunub, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Bir-birinin ərazi bütövlüyünün tanınması olmalıdır, sərhədlərin tanınması olmalıdır, delimitasiya işlərinə start verilməlidir”, - deyə dövlət başçısı qeyd edib.

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Nikol Paşinyanın Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə brifinq zamanı verdiyi bəyanatları şərh edib.

“Azərbaycan xalqının milli tarixi yaddaşında, soydaşlarımızın tarixən köklü xalq olaraq yaşadığı müasir Ermənistan ərazisi Qərbi Azərbaycan adlanır və məlum olduğu kimi, XX əsr ərzində soydaşlarımız bu ərazidən, sonuncusu 1988-ci il olmaqla, 3 dəfə deportasiya edilib. Zəngəzur bölgəsi və onun Şərq və Qərb hissələrinə bölünməsi də bir tarixi reallıqdır. Soydaşlarımızın həmin ərazilərə qayıtması onların malik olduğu ən təbii haqlarıdır. Bu ərazi iddiası yox, qaçqınların öz evlərinə geri qayıtmasıdır; necə ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat bunu özündə ehtiva edir”, - deyə Leyla Abdullayeva bildirib.

Gördüyümüz kimi, yeni çıxılmaz vəziyyət yaranıb. Ermənistan bu vəziyyətin yaradılmasında əsas günahkar aktordur və bütün məsuliyyəti daşıyır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Zəngəzur-dəhlizi  

Putinlə görüşün yeni gündəmi – Zəngəzur dəhlizi

2021/07/cf3ca-1626803574.jpg
Oxunub: 1580     14:26     22 İyul 2021    

Bizi "telegram"da izləyin