Ermənistanda Aİ Şurasının Prezidentini etiraz aksiyası ilə qarşılayıblar

2021/07/00-63-1626941565.jpg
Oxunub: 1034     12:33     22 İyul 2021    
Daşnaksütunun gənclər qanadı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Ermənistana səfəri ərəfəsində etiraz aksiyası təşkil etdi. Etirazçılar müharibə görə Avropa İttifaqını qınayırdılar. Onlar müharibədə Aİ-nin səssiz qaldığını deyirdilər.

Əlbəttə, Avropa susmadı. Üstəlik, ən sərt bəyanatlar və təxribatçı açıqlamalar Avropa tərəfindən verildi. Bunun ermənilər üçün yetərli olmaması başqa məsələdir.

Ermənistanın “1in.am” nəşri yazır ki, siyasətin öz çoxsaylı təbəqələri, obyektiv və subyektiv elementləri ilə var olması da anlaşılandır və maraqlıdır ki, Avropa İttifaqına qarşı səslənən tələblər fonunda Ermənistanda Rusiya və hərbi-siyasi adlanan digər blok müttəfiqlərə qarşı tələblər səsləndirilmir.

“Daşnaksütun Ermənistanda neçə dəfə Rusiyanın siyasətinə və Rusiyanın Qarabağla bağlı açıqlamalarına qarşı aksiya həyata keçirib? Sıfır.

Halbuki, Rusiya və KTMT, AİB ölkələri Ermənistana qarşı təhklükəsizlik öhdəliklərinə sahibdir, çünki Ermənistan 2013-cü il sentyabrın 2-3-ü gecə Avropa İttifaqı ilə Assosiasiyadan çıxmaq və məhz bu bloklara üzv olmaq qərarı qəbul edib, üstəlik bunu təhlükəsizlik səbəbindən etdiyini bildirib.

Avropa İttifaqı Şurasının Prezidentini isə Ermənistanda etiraz aksiyası ilə qarşılayırlar. Bunun əsas səbəbi, əlbəttə ki, xəyal deyil, Avropa İttifaqının İrəvana gələcək beş il üçün Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrinin dekabr Assambleyasında müzakirə ediləcək proqram çərçivəsində təqdim etmək istədiyi böyük maliyyə paketidir. Lakin köhnə balans sayəsində Ermənistanda həyat qabiliyyətli olan rus sistemi bundan narahatdır”, - deyə nəşr yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Avropa   Aksiya  

Ermənistanda Aİ Şurasının Prezidentini etiraz aksiyası ilə qarşılayıblar

2021/07/00-63-1626941565.jpg
Oxunub: 1035     12:33     22 İyul 2021    

Bizi "telegram"da izləyin