Avropa Ermənistandakı “ürəyini” nə ilə əvəzləyir? – Moskva diqqətlə izləyir

2021/07/01-35-1626941522.jpg
Oxunub: 1667     12:56     22 İyul 2021    
Üç il əvvəl Avropa İttifaqı Şurasının Prezidenti vəzifəsi ilə vidalaşmaqda olan Donald Tusk regional səfər çərçivəsində Ermənistanda olarkən bildirdi ki, Avropanın “ürəyi” burada döyünür. Tusk bu bəyanatı Qeğarkunikdə xristian mədəniyyət abidələrinə baxarkən vermişdi.

Tusk vəzifəsi ilə vidalaşdı və Avropa Parlamentinin ən böyük partiyası olan Avropa Xalq Partiyasının sədri vəzifəsini tutdu. Yeri gəlmişkən, Ermənistanın yeni parlamentinin sayca üçüncü partiyası bu partiyanın üzvüdür. Söhbət Ermənistan Respublikaçılar Partiyasından gedir.

Tusk Ermənistanı Avropanın “ürəyi” elan etdi, daha sonra Avropa Xalq Partiyasından uzaqlaşdı, bundan üç il sonra Qarabağ işğaldan azad edildi.

Emosional bəyanatları əsl siyasətdən fərqləndirmək lazımdır. Bu baxımdan vida səfəri zamanı Emənistanın Avropanın “ürəyi” elan etmiş Tuskun əvəzinə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Ermənistan səfəri ilə bağlı sual yaranır ki, bəs Avropanın ağlı haradadır?

Məsələ burasındadır ki, Avropanın ürəyindənsə, ağlının Cənubi Qafqazda olması daha yaxşıdır. Çünki siyasət ağılla idarə olunur və Avropa bu məsələdə istisna deyil.

Aydındır ki, Avropa ya hisləri ilə deyil, ağlı ilə regiondadır, ya da hər hansı şəkildə regionda deyil. Bu mənada Gürcüstan, xüsusən də 2008-ci il müharibəsindən sonra siyasi baxımdan Avropa üçün artıq çəkisiz bir amildir.

Çünki Gürcüstana qarşı aparılan 2008-ci il müharibəsi əslində Qarabağla bağlı danışıqların dalana dirənməsi prosesinin başlanğıcını qoydu. Buna görə də xüsusən Avropa İttifaqının rəhbər tutduğu dəyər-sistem və maliyyə-iqtisadi alətlə halqanı Gürcüstanda dayandırmaq artıq mümkün deyil. Halqanı Gürcüstanda 2008-ci ilin avqust müharibəsinə imkan verməyərək dayandırmaq lazım idi.

Qrant, kredit və başqa mexanizmlərdən ibarət olan Aİ-nin Ermənistan üçün planlaşdırdığı 2,6 milyard avro yardım paketi bu hal haqqında danışır. Lakin Avropa Ermənistanda sistemli dayaqdan məhrumdur. Avropa İttifaqı bu illərdə ərzində Ermənistanda müxtəlif məqsədlər üçün yüzlərlə milyon avro və ya dollar qrantlar xərcləyib, lakin sistemli bir dayaq formalaşdıra bilməyib. Aydındır ki, Avropa ictimai-siyasi gündəmi Ermənistanda “marjinal” sahədədir və ümumiyyətlə burada Avropa Şurası üçün düşünmək, götür-qoy etmək və fikir hazırlamaq məsələsi mövcuddur.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Avropa   Ermənistan  

Avropa Ermənistandakı “ürəyini” nə ilə əvəzləyir? – Moskva diqqətlə izləyir

2021/07/01-35-1626941522.jpg
Oxunub: 1668     12:56     22 İyul 2021    

Bizi "telegram"da izləyin