Yaponiya yeni alınan F-35-lərin harada yerləşdiriləcəyinə qərar verib

2021/07/Ameri-1626940643.jpg
Oxunub: 463     16:34     22 İyul 2021    
Yaponiya ABŞ-ın “Lockheed Martin” şirkəti tərəfindən istehsal olunan beşinci nəsil F-35 döyüş təyyarələrini ölkənin dörd əsas adasında yerləşdirməyə qərar verib.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə naziri Nobua Kişi məlumat verib.

Kişi Kyuşu adasının şərq sahilində yerləşən Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə məxsus avibazanın F-35-lər üçün ən uyğun variant olduğunu bildirib. Hazırda bazada F-15 döyüş təyyarələri yerləşdirilib. Ada Yaponiyanın cənub sahillərindədir.

Yaponiya şaquli enmə və qalxma qabiliyyətinə malik 42 ədəd F-35B almağı planlaşdırır. Ümumilikdə Tokionun 157 ədəd F-35 almaq niyyətində olduğu bildirilir. Təyyarələrin 2025-ci ildən Yaponiyaya tədarük ediləcəyi bildirilir.

Yaponiya donanmasında olan “Izumo” adlı hərbi gəmilərini F-35-ləri yerləşdirmək üçün aviadaşıyıcıya çevirmək niyyətindədir. Gəmilərin transformasiyasının başladığı qeyd olunur.

Sevinc Əliyeva
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   F-35  


Yaponiya yeni alınan F-35-lərin harada yerləşdiriləcəyinə qərar verib

2021/07/Ameri-1626940643.jpg
Oxunub: 464     16:34     22 İyul 2021    
Yaponiya ABŞ-ın “Lockheed Martin” şirkəti tərəfindən istehsal olunan beşinci nəsil F-35 döyüş təyyarələrini ölkənin dörd əsas adasında yerləşdirməyə qərar verib.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə naziri Nobua Kişi məlumat verib.

Kişi Kyuşu adasının şərq sahilində yerləşən Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə məxsus avibazanın F-35-lər üçün ən uyğun variant olduğunu bildirib. Hazırda bazada F-15 döyüş təyyarələri yerləşdirilib. Ada Yaponiyanın cənub sahillərindədir.

Yaponiya şaquli enmə və qalxma qabiliyyətinə malik 42 ədəd F-35B almağı planlaşdırır. Ümumilikdə Tokionun 157 ədəd F-35 almaq niyyətində olduğu bildirilir. Təyyarələrin 2025-ci ildən Yaponiyaya tədarük ediləcəyi bildirilir.

Yaponiya donanmasında olan “Izumo” adlı hərbi gəmilərini F-35-ləri yerləşdirmək üçün aviadaşıyıcıya çevirmək niyyətindədir. Gəmilərin transformasiyasının başladığı qeyd olunur.

Sevinc Əliyeva
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   F-35  


Bizi "telegram"da izləyin