Rusiya aviaşou zamanı hibrid PUA-larını nümayiş etdirib

2021/07/14968-1626940423.jpg
Oxunub: 485     13:27     22 İyul 2021    
Rusiyanın “Kalaşnikov” Qrupunun törəmə şirkəti olan “Zala Aero” ilk dəfə “ZALA 421-16E5G” adlı hibrid PUA-larını nümayiş etdirib.

Ordu.az xəbər verir ki, hava vasitəsi Rusiyada keçirilən MAKS-2021 adlı aviaşou zamanı təqdim edilib.

“Kalaşnikov” bu yaxınlarda verdiyi açıqlamada PUA-ların ilk nümunələrinin artıq yanacaq-enerji kompleksinin obyektlərində istifadə olunduğunu bildirib.

PUA 12 saatdan çox havada qala, 1200 km-dən çox məsafəni qət edə və 100 km-dən çox məsafədə aviasiya monitorinqi apara bilər.

“ZALA 421-16E5G” bufer batareyada səssiz rejimdə işləmə qabiliyyəti sayəsində aşağı akustik aşkarlanmaya malikdir. Bu rejim 1 saata qədər davam edə bilər və batareyanın havadakı müddəti cəmi 2 saatdır.

PUA iki termal görüntüləmə cihazı, 60x böyüdücü imkana malik video kamera ilə təchiz edilib. Video HD formatında yayımlanır (1280 * 720).

Sevinc Əliyeva
Ordu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Zala-Aero   PUA  


Rusiya aviaşou zamanı hibrid PUA-larını nümayiş etdirib

2021/07/14968-1626940423.jpg
Oxunub: 486     13:27     22 İyul 2021    
Rusiyanın “Kalaşnikov” Qrupunun törəmə şirkəti olan “Zala Aero” ilk dəfə “ZALA 421-16E5G” adlı hibrid PUA-larını nümayiş etdirib.

Ordu.az xəbər verir ki, hava vasitəsi Rusiyada keçirilən MAKS-2021 adlı aviaşou zamanı təqdim edilib.

“Kalaşnikov” bu yaxınlarda verdiyi açıqlamada PUA-ların ilk nümunələrinin artıq yanacaq-enerji kompleksinin obyektlərində istifadə olunduğunu bildirib.

PUA 12 saatdan çox havada qala, 1200 km-dən çox məsafəni qət edə və 100 km-dən çox məsafədə aviasiya monitorinqi apara bilər.

“ZALA 421-16E5G” bufer batareyada səssiz rejimdə işləmə qabiliyyəti sayəsində aşağı akustik aşkarlanmaya malikdir. Bu rejim 1 saata qədər davam edə bilər və batareyanın havadakı müddəti cəmi 2 saatdır.

PUA iki termal görüntüləmə cihazı, 60x böyüdücü imkana malik video kamera ilə təchiz edilib. Video HD formatında yayımlanır (1280 * 720).

Sevinc Əliyeva
Ordu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Zala-Aero   PUA  


Bizi "telegram"da izləyin