Avstraliyada ilk dəfə “Patriot” HHM sistemlərindən atəş açılıb

2021/07/unnam-1626940299.jpg
Oxunub: 506     15:59     22 İyul 2021    
ABŞ ordusu ilə birlikdə Avstraliyada keçirilən hərbi təlimlər zamanı bu qitədə ilk dəfə MIM-105 “Patriot” Hava Hücumundan Müdafiə (HHM) sistemindən atəş açılıb.

Ordu.az xəbər verir ki, Mərkəzi Kvislend adlanan bölgədə keçirilən təlimlər zamanı sistem iki raket atıb.

ABŞ və digər millətlərin iştirak etdiyi “Talisman Saber” adlı döyüş oyunlarında saatda 5000 km sürət əldə edə bilən HHM sistemi bir neçə saniyə ərzində iki PUA-nı zərərsizləşdirilib.

Qeyd edək ki, təlimlərin keçirildiyi bölgənin yaxınlığında son zamanlarda Çin ordusu hərbi fəaliyyətini artırıb.

Xatırladaq ki, ötən ilin payız aylarında baş verən Qarabağ müharibəsinin ikinci mərhələsi zamanı Azərbaycanın PUA-lardan istifadə edərək Ermənistan ordusunu məhv etməsindən sonra Avstraliya Müdafiə Nazirliyinin saytında bu hava vasitələrinin yaratdığı problemlər barədə məqalə dərc olunub. Məqalədə Avstraliyaya HHM sistemlərini gücləndirmək tövsiyə olunur.

Sevinc Əliyeva
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   Patriot   HHM  


Avstraliyada ilk dəfə “Patriot” HHM sistemlərindən atəş açılıb

2021/07/unnam-1626940299.jpg
Oxunub: 507     15:59     22 İyul 2021    
ABŞ ordusu ilə birlikdə Avstraliyada keçirilən hərbi təlimlər zamanı bu qitədə ilk dəfə MIM-105 “Patriot” Hava Hücumundan Müdafiə (HHM) sistemindən atəş açılıb.

Ordu.az xəbər verir ki, Mərkəzi Kvislend adlanan bölgədə keçirilən təlimlər zamanı sistem iki raket atıb.

ABŞ və digər millətlərin iştirak etdiyi “Talisman Saber” adlı döyüş oyunlarında saatda 5000 km sürət əldə edə bilən HHM sistemi bir neçə saniyə ərzində iki PUA-nı zərərsizləşdirilib.

Qeyd edək ki, təlimlərin keçirildiyi bölgənin yaxınlığında son zamanlarda Çin ordusu hərbi fəaliyyətini artırıb.

Xatırladaq ki, ötən ilin payız aylarında baş verən Qarabağ müharibəsinin ikinci mərhələsi zamanı Azərbaycanın PUA-lardan istifadə edərək Ermənistan ordusunu məhv etməsindən sonra Avstraliya Müdafiə Nazirliyinin saytında bu hava vasitələrinin yaratdığı problemlər barədə məqalə dərc olunub. Məqalədə Avstraliyaya HHM sistemlərini gücləndirmək tövsiyə olunur.

Sevinc Əliyeva
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   Patriot   HHM  


Bizi "telegram"da izləyin