Türkiyə ordusunun daha bir F-16 döyüş təyyarəsi modernləşdirilib

2021/07/F-16--1626939875.jpg
Oxunub: 443     12:11     22 İyul 2021    
Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarə parkında olan daha bir F-16 qırıcısının modernləşdirilməsi başa çatıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsi məlumat yayıb.

Komitənin rəhbərliyi altında həyata keçirilən “F-16-ların Struktural Modernləşdirilməsi Layihəsi” çərçivəsində təkmilləşdirilməsi tamamlanan səkkizinci F-16 “Blok 30” döyüş təyyarəsi artıq Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına təslim edilib.

Layihə 2015-ci ildə başlayıb və Türkiyənin TUSAŞ şirkəti tərəfindən həyata keçirilir. Layihə ilə 2016-cı il tarixinə qədər 7000 uçuş saatına çatan F-16 döyüş təyyarələrinin uçuş ömrü 8000 saatdan 12000 saata qədər artırılır.

ABŞ-ın “Lockheed Martin” şirkəti bu layihə üçün struktur hissələri istehsal edir. Layihə çərçivəsində fəaliyyətlərin 2023-cü ilə qədər tamamlanması planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HHQ   F-16  


Türkiyə ordusunun daha bir F-16 döyüş təyyarəsi modernləşdirilib

2021/07/F-16--1626939875.jpg
Oxunub: 444     12:11     22 İyul 2021    
Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarə parkında olan daha bir F-16 qırıcısının modernləşdirilməsi başa çatıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsi məlumat yayıb.

Komitənin rəhbərliyi altında həyata keçirilən “F-16-ların Struktural Modernləşdirilməsi Layihəsi” çərçivəsində təkmilləşdirilməsi tamamlanan səkkizinci F-16 “Blok 30” döyüş təyyarəsi artıq Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına təslim edilib.

Layihə 2015-ci ildə başlayıb və Türkiyənin TUSAŞ şirkəti tərəfindən həyata keçirilir. Layihə ilə 2016-cı il tarixinə qədər 7000 uçuş saatına çatan F-16 döyüş təyyarələrinin uçuş ömrü 8000 saatdan 12000 saata qədər artırılır.

ABŞ-ın “Lockheed Martin” şirkəti bu layihə üçün struktur hissələri istehsal edir. Layihə çərçivəsində fəaliyyətlərin 2023-cü ilə qədər tamamlanması planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HHQ   F-16  


Bizi "telegram"da izləyin