Britaniya Asiya sularında daimi olaraq 2 hərbi gəmi yerləşdirəcək

2021/07/13602-1626939696.jpg
Oxunub: 604     20:39     22 İyul 2021    
Britaniya Çin ilə ABŞ və müttəfiqlərinin təsir uğrunda mübarizə apardığı Asiya sularında daimi olaraq iki hərbi gəmi yerləşdirəcək.

Ordu.az xəbər verir ki, bu barədə Britaniyanın Müdafiə naziri Ben Uollas Tokioda yaponiyalı həmkarı Nobua Kişi ilə keçirdiyi birgə mətbuat konfransı zamanı məlumat verib.

Nazir gəmilərin bu ilin sonunadan etibarən bölgədə yerləşdiriləcəyini bildirib. Gəmilərin hansı limanlarda yerləşdiriləcəyi barədə məlumat verilmir.

Qeyd edək ki, Britaniya donanmasına məxsus “Queen Elizabeth” adlı aviadaşıyıcı və onu müşayiət edən hərbi gəmilər Yaponiyaya doğru yola düşüb. Beşinci nəsil F-35 döyüş təyyarələri daşıyan aviadaşıyıcı burada ABŞ-ın da iştirak edəcəyi hərbi təlimlərə qoşulacaq.

Aviadaşıyıcı ABŞ və Niderlanddan gələn iki esmines, iki freqat, iki dəstək gəmisi və digər növ hərbi gəmilər tərəfindən müşayiət olunur.

Sevinc Əliyeva
Ordu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Asiya  


Britaniya Asiya sularında daimi olaraq 2 hərbi gəmi yerləşdirəcək

2021/07/13602-1626939696.jpg
Oxunub: 605     20:39     22 İyul 2021    
Britaniya Çin ilə ABŞ və müttəfiqlərinin təsir uğrunda mübarizə apardığı Asiya sularında daimi olaraq iki hərbi gəmi yerləşdirəcək.

Ordu.az xəbər verir ki, bu barədə Britaniyanın Müdafiə naziri Ben Uollas Tokioda yaponiyalı həmkarı Nobua Kişi ilə keçirdiyi birgə mətbuat konfransı zamanı məlumat verib.

Nazir gəmilərin bu ilin sonunadan etibarən bölgədə yerləşdiriləcəyini bildirib. Gəmilərin hansı limanlarda yerləşdiriləcəyi barədə məlumat verilmir.

Qeyd edək ki, Britaniya donanmasına məxsus “Queen Elizabeth” adlı aviadaşıyıcı və onu müşayiət edən hərbi gəmilər Yaponiyaya doğru yola düşüb. Beşinci nəsil F-35 döyüş təyyarələri daşıyan aviadaşıyıcı burada ABŞ-ın da iştirak edəcəyi hərbi təlimlərə qoşulacaq.

Aviadaşıyıcı ABŞ və Niderlanddan gələn iki esmines, iki freqat, iki dəstək gəmisi və digər növ hərbi gəmilər tərəfindən müşayiət olunur.

Sevinc Əliyeva
Ordu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Asiya  


Bizi "telegram"da izləyin