Ukrayna DANA-M2 ÖAQ-larının sınaqlarını başa çatdırıb

2021/07/16267-1626939554.jpg
Oxunub: 679     15:19     22 İyul 2021    
Ukrayna ordusu Çexiya istehsalı 152 mm-lik DANA-M2 özüyeriyən artilleriya qurğularının sınaqlarını başa çatdırıb.

Ordu.az xəbər verir ki, bu barədə Çexiyanın Müdafiə jurnalı yazıb.

Nəşr qeyd edir ki, Ukrayna hərbçiləri sınaqlar zamanı qurğunu 18 növ müxtəlif yoxlamadan keçirib və Çexiya məhsulunun taktiki və texniki xüsusiyyətlərindən razı qalıblar. Ukrayna Müdafiə Nazirliyi sistemin mövqelərə yerləşdirilmə sürətini xüsusilə qeyd edib. DANA-M2 sisteminin işləmə qabiliyyətinin Ukrayna Silahlı Qüvvələrinin tələblərini tam təmin etdiyi də qeyd olunur.

Nəşr qeyd edir ki, Ukrayna Müdafiə Nazirliyi, silahların istehsalçısı olan “Excalibur Army” şirkəti ilə silahların alınması barədə danışıqlar aparmaq niyyətindədir.

Ukrayna mətbuatı Kiyevin Sovet istehsalı D-20 haubitsalarını yeni alınacaq artilleriya sistemləri ilə əvəz etmək niyyətində olduğunu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   DANA-M2   ÖAQ  


Ukrayna DANA-M2 ÖAQ-larının sınaqlarını başa çatdırıb

2021/07/16267-1626939554.jpg
Oxunub: 680     15:19     22 İyul 2021    
Ukrayna ordusu Çexiya istehsalı 152 mm-lik DANA-M2 özüyeriyən artilleriya qurğularının sınaqlarını başa çatdırıb.

Ordu.az xəbər verir ki, bu barədə Çexiyanın Müdafiə jurnalı yazıb.

Nəşr qeyd edir ki, Ukrayna hərbçiləri sınaqlar zamanı qurğunu 18 növ müxtəlif yoxlamadan keçirib və Çexiya məhsulunun taktiki və texniki xüsusiyyətlərindən razı qalıblar. Ukrayna Müdafiə Nazirliyi sistemin mövqelərə yerləşdirilmə sürətini xüsusilə qeyd edib. DANA-M2 sisteminin işləmə qabiliyyətinin Ukrayna Silahlı Qüvvələrinin tələblərini tam təmin etdiyi də qeyd olunur.

Nəşr qeyd edir ki, Ukrayna Müdafiə Nazirliyi, silahların istehsalçısı olan “Excalibur Army” şirkəti ilə silahların alınması barədə danışıqlar aparmaq niyyətindədir.

Ukrayna mətbuatı Kiyevin Sovet istehsalı D-20 haubitsalarını yeni alınacaq artilleriya sistemləri ilə əvəz etmək niyyətində olduğunu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   DANA-M2   ÖAQ  


Bizi "telegram"da izləyin