Rusiyanın yeni döyüş təyyarələri haqqında nələr məlumdur? - ƏTRAFLI

2021/07/ezgif-1626938928.jpg
Oxunub: 801     17:26     22 İyul 2021    
Rusiyanın “Suxoy” şirkəti ölkədə keçirilən MAKS aviaşousu zamanı yeni döyüş təyyarələrinin prototipini təqdim edib.

Ordu.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin də təyyarələrlə tanış olub.

Şirkət təyyarələrin beşinci nəsilə aid olduğunu bildirir. “Checkmate” adı verilən layihə çərçivəsində istehsal ediləcək döyüş təyyarəsinin ABŞ-ın stels texnologiyaya sahib (radara zəif görünən) F-35 döyüş təyyarələrinə rəqib olacağı ehtimal edilir.

Rusiyanın Birləşmiş Təyyarə Korporasiyasının rəhbəri Yuri Sliusar jurnalistlərə bildirib ki, döyüş təyyarəsinin 2023-cü ildə havaya qaldırılması, 2026-cı ildə ilk partiyasının istehsal edilməsi planlaşdırılır.

Rusiya kütləvi istehsala başladıqdan sonra 15 il ərzində 300 təyyarə istehsal etməyi planlaşdırır.

Rusiyanın “Rostex” adlı dövlətə məxsus aerokosmik və müdafiə konqlomeratı təyyarənin aşkarlanmasının çətin olduğunu və istismar xərclərinin aşağı olacağını bildirir.

Konqlomeratın rəhbəri Sergey Çemezov təyyarələrin 25-30 milyon dollara başa gələcəyini bildirir. O, Moskvanın Yaxın Şərq, Asiya bölgəsi və Latın Amerikası ölkələrindən tələb gözlədiyini qeyd edib.

“Məqsədimiz uçuş saatı üçün xərcləri mümkün qədər aşağı etmək, nəinki almağı, həm də işləməyi qənaətcil etməkdir”, - deyə Sliusar bildirib

İxrac versiyasında təyyarənin praktik əməliyyat hündürlüyü 16,5 min metrdir. Maksimum döyüş yükü 7,4 ton, sürəti 1.8-2 max.-dır. İstehsalçılar Putinə təyyarə təqdim edilərkən onun bir neçə variantının hazırlandığını bildiriblər. Qırıcıda toxunma ekranı funksiyası olan panoramik ekran olacaq. Əməliyyatlar yerinə yetirərkən pilotun yükünü yüngülləşdirən ağıllı dəstək alqoritmləri tətbiq edilib. Təyyarə AFAR radarı, dairəvi optik və radioelektron kəşfiyyat sistemi, radiomaneə vasitələri, optik tuşlama sistemi, geniş mənzilli rabitə sistemi ilə təchiz edilib.

Rusiya son illərdə uğurla yeni silah sistemlərinin prototiplərini istehsal edib, ilkin kütləvi istehsal prosesinə keçid zamanı isə ciddi çətinliklərlə üzləşib. Putinin dövründə Rusiya həm öz silahlı qüvvələri üçün, həm də silah satışından ixrac gəlirlərini artırmaq üçün hərbi təyyarələrə və yeni silahlanmaya böyük sərmayə yatırıb. Yeni silahların çoxu hələ Sovet İttifaqı dövründə yaradılan texnologiyaya əsaslanır.

Rusiyada artıq dördüncü nəsil döyüş təyyarələri var. Su-27 və MiQ-29 bu sinfə məxsus qırıcılardır. Su-57 təyyarəsinin beşinci nəsilə aid olduğu bildirilsə də, cür mühərrikli təyyarələr olduqca ağırdır. Rusiya yeni layihə ilə bunun yüngül ekvivalentini istehsal etmək niyyətindədir. Ekspertlər silah bazarında yüngül sinif döyüş təyyarələrinə daha çox tələbin olduğunu düşünür. Belə təyyarələr daha ucuzdur və geniş əraziləri olmayan dövlətlər üçün daha adekvat seçim hesab olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Suxoy  

Rusiyanın yeni döyüş təyyarələri haqqında nələr məlumdur? - ƏTRAFLI

2021/07/ezgif-1626938928.jpg
Oxunub: 802     17:26     22 İyul 2021    

Bizi "telegram"da izləyin