Cənubi Koreya dənizdə nəzarəti təmin etmək üçün radarlar alır

2021/07/LIG-N-1626938881.jpg
Oxunub: 647     17:57     22 İyul 2021    
Cənubi Koreya hökuməti ölkənin dəniz sahilləri boyunca nəzarəti təmin etmək üçün “LIG Nex1” şirkətindən dəniz nəzarət radarları almağa qərar verib.

Ordu.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Satınalmaları Proqramı İdarəsi (DAPA) məlumat yayıb.

Radarların tədarükü üçün imzalanan müqavilənin ümumi dəyəri 145.2 milyon dollardır.

Sistem obyektlərin istiqamətini və məsafəsini daha dəqiq təhlil etdiyi üçün aşkarlama imkanlarını artırıb. Kiçik ölçüləri olan və daha az enerji istehlak edən dizaynı daha yüksək sabitlik təmin edəcək. Radom quruluşu radarın səthini ətraf mühitin təsirindən qoruyur.

Bu sistemlər 2022 ilə 2026-cı illər arasında köhnələri əvəz etmək üçün mərhələli şəkildə yerləşdiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Radar  


Cənubi Koreya dənizdə nəzarəti təmin etmək üçün radarlar alır

2021/07/LIG-N-1626938881.jpg
Oxunub: 648     17:57     22 İyul 2021    
Cənubi Koreya hökuməti ölkənin dəniz sahilləri boyunca nəzarəti təmin etmək üçün “LIG Nex1” şirkətindən dəniz nəzarət radarları almağa qərar verib.

Ordu.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Satınalmaları Proqramı İdarəsi (DAPA) məlumat yayıb.

Radarların tədarükü üçün imzalanan müqavilənin ümumi dəyəri 145.2 milyon dollardır.

Sistem obyektlərin istiqamətini və məsafəsini daha dəqiq təhlil etdiyi üçün aşkarlama imkanlarını artırıb. Kiçik ölçüləri olan və daha az enerji istehlak edən dizaynı daha yüksək sabitlik təmin edəcək. Radom quruluşu radarın səthini ətraf mühitin təsirindən qoruyur.

Bu sistemlər 2022 ilə 2026-cı illər arasında köhnələri əvəz etmək üçün mərhələli şəkildə yerləşdiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Radar  


Bizi "telegram"da izləyin