Rusiya yeni S-500 zenit-raket kompleksinin görüntülərini yayımlayıb - VİDEO

2021/07/TASS_-1626938740.jpg
Oxunub: 922     12:25     22 İyul 2021    
Rusiya öz müdafiəsini gücləndirəcəyinə ümid etdiyi yeni Hava Hücumundan Müdafiə (HHM) sistemini təqdim edib.

Ordu.az xəbər verir ki, rəsmi Moskva ilk dəfə S-500 Zenit-Raket Kompleksinin görüntülərini yayımlayıb.

Rusiya Müdafiə Nazirliyi tərəfindən yayımlanan görüntülərdə nəhəng yük maşınının şassisində yaradılan atıcı qurğuların Rusiyanın cənubunda yerləşən sınaq meydançasında yüksək sürətlə raket atdığı görünür.

“RİA Novosti” xəbər agentliyi Rusiya Müdafiə Nazirliyinin S-500 sistemini canlı atəş sınağından keçirdiyini ilk dəfə göstərdiyini qeyd edib.

Müdafiə Nazirliyinin verdiyi məlumata görə, sınaqlar Cənubi Həştərxan bölgəsində Kapustin Yar təlim poliqonunda baş tutub.

Görüntülərin bəzi hissələri sistemin ətraflı araşdırılmasını çətinləşdirmək üçün qəsdən bulanıqlaşdırılıb.

Nazirlik raketin “yüksək sürətli ballistik hədəfi” uğurla vurduğunu bildirib.

“S-500 zenit raket sisteminin dünyada analoqu yoxdur və potensial düşmənin bütün yüksəkliklərdə və sürətlərdə mövcud və perspektivli aviasiyanın bütün spektrini məğlub etmək üçün nəzərdə tutulub”, - deyə məlumatda bildirilir.

S-500 sistemi ballistik və qanadlı raketləri, həmçinin təyyarələri və helikopterləri məhv etmək gücündədir. Sistemin mənzili 600 kilometrdir.

Sistem “Prometey” adlandırılıb. Qədim yunan mifologiyasında Prometey insanların dostu və onları tanrıların özbaşınalığından qoruyan titan olaraq göstərilir. O, ədalətsizliyi aradan qaldırmaq məqsədilə Afinadan müdrikliyi, Hefestin emalatxanasından isə odu oğurlayaraq insanlara verir. Odun köməyi ilə insanlar qızınıb və yaşayıb-törəyə biliblər.

Keçən il Rusiya Müdafiə nazirinin müavini Aleksey Krivoruçko S-500 sisteminin dövlət müqavilələri ilə 2025-ci ilə qədər çatdırılmasının planlaşdırıldığını söyləyib.

Rusiyanın “Almaz-Antey” müəssisəsi tərəfindən hazırlanan zenit-raket kompleksinin sələfləri bir çox post-sovet ölkələri, o cümlədən Azərbaycan ordusu tərəfindən istifadə edilir.

S-400 sistemi geosiyasi gərginlik mənbəyinə çevrilib. Türkiyə bu sistemi alması ilə ABŞ-ın sanksiyalarına məruz qalıb. Hindistan da bu zenit-raket komplekslərini almaq üçün müqavilə imzalayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   S-500  

Rusiya yeni S-500 zenit-raket kompleksinin görüntülərini yayımlayıb - VİDEO

2021/07/TASS_-1626938740.jpg
Oxunub: 923     12:25     22 İyul 2021    

Bizi "telegram"da izləyin