Türkiyənin yeni pilotsuz döyüş təyyarəsi haqqında nələr məlumdur?

2021/07/MIUS--1626938455.jpg
Oxunub: 1663     12:42     22 İyul 2021    
Dünyanın bir neçə bölgəsindəki münaqişə bölgələrində önəmli rol oynayan Türkiyənin “Bayraktar TB2” zərbə PUA-larının istehsalçısı “Baykar Savunma” şirkəti yeni pilotsuz döyüş təyyarəsinin konseptual dizayn görüntülərini yayımlayıb.

Şirkətin texniki direktoru və PUA-ların ideya müəllifi olan Selçuk Bayraktar “Muharip İnsansız Uçak Sistemi” (MIUS) adlandırılan hava vasitəsi barədə açıqlamalar verib.

Layihənin 12 ildir planlaşdırıldığını bildirən Bayraktar qeyd edir ki, “Akıncı” zərbə PUA-larının kütləvi istehsala başlaması ilə bu barədə işlər daha da sürətləndirilib.

Hal hazırda dünyada bir çox şirkət bu sahədə inkişaf və araşdırmalar aparır. İnsansız döyüş təyyarələrinin PUA-lar kimi hava döyüşü konsepsiyasını dəyişdirəcəyi və gələcəkdə 5-ci nəsil döyüş təyyarələrini əvəz edəcəyi proqnozlaşdırılır.

MIUS səs sürətinə yaxın kreyser sürəti ilə hərəkət edə biləcək. Növbəti prototiplərin sürəti səs sürətindən çox olacaq. Təyyarənin 1,5 tona yaxın döyüş sursatı və faydalı yük tutumu olacağı bildirilir. Havadan havaya və quruya zərbələr endirmək üçün hava vasitələrinin müxtəlif ağıllı sursatlar və qanadlı raketlər daşıyacağı qeyd olunur. Pilotsuz döyüş təyyarələrinin radara görünməsi çox az olacaq.

Dünyada bu sahədə inkişaf etdirilən digər prototiplərdən fərqli olaraq MIUS-lar Türkiyənin “TCG Anadolu” sinifinə məxsus qısa uçuş-enmə zolağına malik hərbi gəmilərdən havaya qalxa və gəmiyə enə biləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Baykar   MİUS  

Türkiyənin yeni pilotsuz döyüş təyyarəsi haqqında nələr məlumdur?

2021/07/MIUS--1626938455.jpg
Oxunub: 1664     12:42     22 İyul 2021    

Bizi "telegram"da izləyin