Niyə Karapetyan Ermənistanın Müdafiə naziri yox, birinci müavini təyin edildi?

2021/07/1cac4-1626936117.jpg
Oxunub: 471     12:21     22 İyul 2021    
İyulun 20-də məlum olub ki, Vağarşak Harutyunyan Ermənistan Müdafiə nazirinin müvəqqəti əvəzedici vəzifəsindən istefa verib.

Daha sonra Ermənistan prezidentinin administrasiyasından bildiriblər ki, Paşinyan bu vəzifəyə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini Arşak Karapetyanın namizədliyini təklif edib.

Paşinyan hazırkı statusda nazir və ya nazir vəzifəsinin əvəzedicisini təyin etmək hüququna sahib deyil, çünki o da müvəqqəti əvəzedicidir.

Ermənistan konstitusiyasının 150-ci maddəsi deyir: “Hökumət Baş nazir təyin edildikdən sonra 15 günlük müddətdə qurulur. Baş nazir təyinatından sonra 5 günlük müddətdə Baş nazir müavini və nazir vəzifəsinə namizədləri prezidentə təklif edir. Prezident üç günlük müddətdə ya Baş nazir müavinlərini və nazirləri təyin edir, ya da Konstitusiya Məhkəməsinə müraciət edir. Konstitusiya Məhkəməsi müraciəti araşdırır və 5 gün ərzində qərar qəbul edir. Prezident üç günlük müddətdə bu maddə üzrə müəyyənləşdirilmiş tələbləri yerinə yetirmisə, müvafiq Baş nazir müavini və ya nazir hüququn qüvvəsi ilə təyin edilmiş hesab olunur”.

Yəqin ki, daha sonra bunu başa düşüblər və günün sonunda Karapetyan Ermənistan Müdafiə nazirinin birinci müavini təyin edilib.

Alpər Mövludoğlu
Ordu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MN  


Niyə Karapetyan Ermənistanın Müdafiə naziri yox, birinci müavini təyin edildi?

2021/07/1cac4-1626936117.jpg
Oxunub: 472     12:21     22 İyul 2021    
İyulun 20-də məlum olub ki, Vağarşak Harutyunyan Ermənistan Müdafiə nazirinin müvəqqəti əvəzedici vəzifəsindən istefa verib.

Daha sonra Ermənistan prezidentinin administrasiyasından bildiriblər ki, Paşinyan bu vəzifəyə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini Arşak Karapetyanın namizədliyini təklif edib.

Paşinyan hazırkı statusda nazir və ya nazir vəzifəsinin əvəzedicisini təyin etmək hüququna sahib deyil, çünki o da müvəqqəti əvəzedicidir.

Ermənistan konstitusiyasının 150-ci maddəsi deyir: “Hökumət Baş nazir təyin edildikdən sonra 15 günlük müddətdə qurulur. Baş nazir təyinatından sonra 5 günlük müddətdə Baş nazir müavini və nazir vəzifəsinə namizədləri prezidentə təklif edir. Prezident üç günlük müddətdə ya Baş nazir müavinlərini və nazirləri təyin edir, ya da Konstitusiya Məhkəməsinə müraciət edir. Konstitusiya Məhkəməsi müraciəti araşdırır və 5 gün ərzində qərar qəbul edir. Prezident üç günlük müddətdə bu maddə üzrə müəyyənləşdirilmiş tələbləri yerinə yetirmisə, müvafiq Baş nazir müavini və ya nazir hüququn qüvvəsi ilə təyin edilmiş hesab olunur”.

Yəqin ki, daha sonra bunu başa düşüblər və günün sonunda Karapetyan Ermənistan Müdafiə nazirinin birinci müavini təyin edilib.

Alpər Mövludoğlu
Ordu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MN  


Bizi "telegram"da izləyin