Xidmət yoldaşının ölüm işi üzrə erməni leytenant həbs edilib

2021/07/zinvo-1626935947.jpg
Oxunub: 349     11:40     22 İyul 2021    
Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq Baş İdarəsinin beşinci qarnizon istintaq şöbəsinin icraatında müddətli hərbi qulluqçu Artur Qazaryanın ölüm hadisəsi ilə bağlı araşdırılan cinayət işi üzrə əldə edilmiş kifayət qədər sübutlarla leytenant A.H-ya qarşı Ermənistan Cinayət Məcəlləsinin 365-ci maddəsinin 3-cü hissəsi ilə ittiham irəli sürülüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Xidməti məlumat yayıb..

2021-ci il iyulun 16-da saat 21:40 radələrində hərbi hissənin atəş mövqeyində leytenant H.A. müşahidə aparıb və ərazini yoxlayıb, bu zaman saat 21:45 radələrində hərəkət görüb, döyüş növbətçiliyi çəkmək qaydalarını pozub, özünə təhkim edilmiş avtomatdan qeyd olunan istiqamətdə tək-tək atəş açıb, nəticədə müddətli hərbi qulluqçu Artur Qazaryan baş nahiyəsindən ölümcül odlu silah yarası alıb.

Leytenanta qarşı qətimkan tədbiri olaraq həbs seçilib.

Cinayət işi üzrə ilkin istintaq davam edir.

Alpər Mövludoğlu
Ordu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Qətl  


Xidmət yoldaşının ölüm işi üzrə erməni leytenant həbs edilib

2021/07/zinvo-1626935947.jpg
Oxunub: 350     11:40     22 İyul 2021    
Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq Baş İdarəsinin beşinci qarnizon istintaq şöbəsinin icraatında müddətli hərbi qulluqçu Artur Qazaryanın ölüm hadisəsi ilə bağlı araşdırılan cinayət işi üzrə əldə edilmiş kifayət qədər sübutlarla leytenant A.H-ya qarşı Ermənistan Cinayət Məcəlləsinin 365-ci maddəsinin 3-cü hissəsi ilə ittiham irəli sürülüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Xidməti məlumat yayıb..

2021-ci il iyulun 16-da saat 21:40 radələrində hərbi hissənin atəş mövqeyində leytenant H.A. müşahidə aparıb və ərazini yoxlayıb, bu zaman saat 21:45 radələrində hərəkət görüb, döyüş növbətçiliyi çəkmək qaydalarını pozub, özünə təhkim edilmiş avtomatdan qeyd olunan istiqamətdə tək-tək atəş açıb, nəticədə müddətli hərbi qulluqçu Artur Qazaryan baş nahiyəsindən ölümcül odlu silah yarası alıb.

Leytenanta qarşı qətimkan tədbiri olaraq həbs seçilib.

Cinayət işi üzrə ilkin istintaq davam edir.

Alpər Mövludoğlu
Ordu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Qətl  


Bizi "telegram"da izləyin